Xələf XƏLƏFOV: Bosniya və Herseqovina parlamentinin Xocalı qətliamı ilə bağlı qəbul etdiyi qətnaməni yüksək qiymətləndiririk

 

 

“Bosniya və Herseqovina parlamentinin fevralın 26-da qəbul etdiyi qətnamə Xocalıda törədilmiş kütləvi qırğının beynəlxalq miqyasda tanınması istiqamətində növbəti və çox əhəmiyyətli addımdır”.

APA-nın məlumatına görə, Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov qətnamənin qəbulunu  şərh edərkən demişdir: “Biz Xocalı qətliamının beynəlxalq aləmdə tanınmasını faciə qurbanlarına münasibətdə ədalətə verilən qiymət kimi dəyərləndiririk və bir sıra ölkələrin parlamentlərinin, xüsusilə Bosniya və Herseqovina parlamentinin Xocalının azərbaycanlı əhalisinə qarşı törədilmiş kütləvi qırğını tanıyan və qınayan qərarını yüksək qiymətləndiririk.

Xocalı qətliamının tanınması və qınanması istiqamətində beynəlxalq həmrəyliyə əsaslanan səylərin davam edəcəyinə inanırıq və hesab edirik ki, belə səylər insanlığa qarşı bu qəbildən olan dəhşətli cinayətlərin təkrar olunmamasına xidmət edəcək".


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında