Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa parlamentində soydaşlarımıza qarşı törədilmiş zorakılığı kəskin surətdə pisləmişdir

 

 

Azərbaycanın Xarici İşlər Nazirliyi Fransa parlamentində soydaşlarımızın döyülməsi faktı ilə bağlı bəyanat yaymışdır.

Bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat vermişlər. Bəyanatda deyilir ki, fevralın 26-da Fransa Milli Assambleyasının binasında erməni diaspor təşkilatlarının keçirdiyi tədbir çərçivəsində Parisdəki “Azərbaycan Evi”nin rəhbəri Mirvari Fətəliyeva və bu ölkədə təhsil alan azərbaycanlı tələbə Vüsal Hüseynov erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülmüşdür. Fransa Milli Assambleyasının üzvlərinin gözləri qarşısında baş vermiş hadisəyə onlar tərəfindən heç bir müdaxilə edilməmişdir. Xaricdəki erməni lobbisi və onların havadarları tərəfindən Azərbaycan vətəndaşlarına qarşı zorakılığa yol verilməsi bir daha təsdiqləyir ki, Azərbaycan tərəfinin münaqişə ilə bağlı həqiqətləri beynəlxalq ictimaiyyətə olduğu kimi çatdırması istiqamətindəki fəaliyyəti onlarda dərin narahatlıq doğurur. Bu kimi zorakılıq hallarına baxmayaraq, Azərbaycanın xaricdəki diplomatik missiyaları və diaspor təşkilatları Ermənistan tərəfindən xalqımıza qarşı törədilmiş faciələrin beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətindəki fəaliyyətini bundan sonra da davam etdirəcəkdir.

Sənəddə vurğulanır ki, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycan vətəndaşlarına qarşı törədilmiş zorakılığı pisləyərək baş vermiş hadisəyə Fransa Respublikasının müvafiq qurumları tərəfindən münasibətin bildiriləcəyinə və cinayətin bu ölkənin hüquq-mühafizə orqanları tərəfindən operativ şəkildə araşdırılaraq cinayətkarların məsuliyyətə cəlb olunacağına inanır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında