Natali QULE: Fransa parlamentində baş vermiş hadisə mənəviyyat və demokratiyaya ziddir

 

 

Fransa parlamentində Azərbaycan vətəndaşlarına qarşı baş vermiş hadisə mənəviyyat və demokratiya ilə ziddiyyət təşkil edir. Bunu çərşənbə günü Trend-ə Fransa parlamentinin deputatı Natali Qule demişdir.

Qulenin sözlərinə görə,  baş vermiş hadisə erməni diasporunun həqiqi simasını və demokratik səviyyəsinin aşağı olduğunu göstərir: “Xüsusilə də rəsmi məkanda bu cür ziddiyyət diasporun ədəbsiz hərəkəti ilə həll edilə bilməz. Bu, erməni diasporunun imicinə xeyli zərər vurur”.

Senator insidentə görə məsuliyyət daşıyanların ciddi şəkildə cəzalandırılacağına ümid etdiyini bildirmişdir.

Qeyd edək ki, fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan deputat Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülmüşdür.

Fevralın 26-da Fransa Milli Assambleyasında Fransadakı Erməni Məsələləri Bürosunun təşkilatçılığı, Fransadakı erməni icmasının nümayəndələri və Fransa parlamentinin bir neçə deputatının iştirakı ilə “Sumqayıt hadisələrindən 25 il sonra: hazırkı vəziyyət və Dağlıq Qarabağ xalqı üçün gələcək perspektivlər” adlı tədbirdə Azərbaycan diasporu nümayəndələri də iştirak edərək bu gün Xocalı soyqırımının 21-ci ildönümünün keçirildiyini iştirakçıların diqqətinə çatdırmışlar.

Onların bu mövqeyi qarşı tərəfin ciddi etirazına səbəb olsa da, Azərbaycan diasporunun nümayəndələri qətiyyət nümayiş etdirərək Sumqayıtda baş verən hadisələrlə bağlı səsləndirilən fikirlərin heç bir tarixi fakta əsaslanmadığını bildiriblər.

Bundan  sonra Fransa parlamentinin üzvü Fransua Roşeblounun təhrikilə Azərbaycan diasporunun rəhbərinə və Hüseynova hücum edərək onları vəhşicəsinə döymüşlər. Hadisə yerinə polis əməkdaşları və həkimlər gəlmişlər.

Hazırda insidentin təfərrüatları müəyyənləşdirilir.

Vüsal Hüseynov həmvətənini qorumağa çalışarkən, zərbələrdən çoxu ona dəymiş, nəticədə ağır bədən xəsarətləri almışdır. Onun daxili orqanları zədələnmiş, həmçinin qabırğası sınmışdır. İnsident Fransa parlamentinin bir neçə deputatının gözü önündə baş vermiş və onlardan heç biri bunun qarşısını almaq üçün tədbir görməmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında