Naxçıvan Muxtar Respublikasında Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilmişdir

 

 

Tariximizə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuş Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətdir. Fevralın 26-da Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar Naxçıvan şəhərindəki Xatirə kompleksində anım mərasimi keçirilmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov Xatirə kompleksindəki soyqırımı abidəsinin önünə gül dəstəsi qoymuş, Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad etmişdir.

Nazirlik, komitə, idarə, müəssisə və təşkilatların rəhbərləri, hərbi hissələrin komandirləri, ziyalılar, ictimaiyyətin nümayəndələri də Xocalıda erməni vəhşiliklərinin qurbanı olmuş soydaşlarımızın xatirəsini yad etmiş, soyqırımı abidəsinin önünə gül dəstəsi qoymuşlar.

Tədbirin aparıcıları belə bir fikir ifadə etmişlər ki, Xocalı soyqırımının təşkilatçıları və icraçıları layiqli cəzalarını almalı, insanlıq əleyhinə törədilmiş bu cinayət cəzasız qalmamalıdır. Heç kim unutmamalıdır ki, fevralın 26-sı təkcə faciə tariximiz deyil, eyni zamanda ərazi bütövlüyümüzün bərpası və işğala son qoyulması uğrunda mübarizə tariximizin də bir səhifəsidir. Bu gün Dağlıq Qarabağ münaqişəsinin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və milli mənafeyə uyğun siyasi xətt bütün Azərbaycan xalqının iradəsini əks etdirir. Düşmən bilməlidir ki, Ali Baş Komandanımızın hücum əmrini gözləyən qüdrətli ordumuz şəhidlərimizin qanını alacaq, üçrəngli bayrağımız Şuşada, Xankəndidə dalğalanacaqdır.

Naxçıvan şəhərində olduğu kimi, muxtar respublikanın rayon mərkəzlərində də Xocalı soyqırımının 21-ci ildönümü ilə bağlı anma mərasimləri keçirilmişdir.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında