Dünya Azərbaycanlı Gənclər Birliyinin bəyanatı

 

 

Məlum olduğu kimi, fevral ayının 26-da Parisdə Fransa Milli Assambleyasının binasında Parisdəki Azərbaycan Evinin sədri,  Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü Mirvari Fətəliyeva və azərbaycanlı tələbə Vüsal Hüseynov Fransa Milli Assambleyasının üzvü, ermənipərəst mövqeyi ilə tanınan parlamentar Fransua Roşebloun və erməni diasporunun üzvləri tərəfindən vəhşicəsinə döyülmüşlər.

Bu fakt Azərbaycan diasporunun son illərdəki fəallığının erməni diasporu və lobbisinin nə qədər ciddi narahatlığına səbəb olduğunu bir daha təsdiq edir. Bu bir daha onu göstərir ki, 2012-ci ilin sentyabr və noyabr aylarında Dünya Azərbaycanlı Gənclər Birliyinin təşkilatçılığı ilə Fransada Ermənistan səfirliyinin qarşısında keçirilmiş etiraz aksiyaları Fransadakı erməni diasporu və ermənipərəst qüvvələr tərəfindən hələ də unudulmamışdır. Bu aksiyaların təşkilində Dünya Azərbaycanlı Gənclər Birliyinin Mərkəzi Şurasının üzvü kimi Mirvari Fətəliyeva olduqca yüksək fəalllıq nümayiş etdirmişdir. Sözügedən olay da Azərbaycan diasporunun fəalllarına qarşı erməni diasporu və lobbisinin kəskin münasibətini  təsdiq edən növbəti faktlardan biridir. 

Xatırlatmaq yerinə düşər ki, hadisənin iştirakçısı Fransa Parlamentinin üzvü Fransua Roşebloun 2010-cu ildə işğal olunmuş Azərbaycan ərazisi olan Dağlıq Qarabağa səfər etdiyinə görə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi tərəfindən “arzu olunmaz şəxs” elan olunmuşdur.

Dünya Azərbaycanlı Gənclər Birliyi olaraq bu hadisəyə kəskin etirazımızı bildirir, tolerantlıq və insan hüquqlarının müdafiəçisi kimi çıxış edən Fransa dövlətinin hüquq-mühafizə orqanlarından fiziki təzyiq göstərən şəxslərin hüquqi müstəvidə cəzalandırılması üçün müvafiq tədbirlərin görülməsini gözləyirik.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında