Sabina FREYZER: Ermənistan prezidenti bundan sonra da Xocalı aeroportu məsələsini Azərbaycana qarşı təbliğatda istifadə edəcək

 

 

“Minsk qrupu kifayət qədər zəifdir, münaqişə tərəflərinə çox da təsir edə bilmir. Buna görə də, Azərbaycan və Ermənistan əsas prinsiplər üzrə irəliləyişə nail olmayıblar”.

APA-nın məlumatına görə, bu fikirləri 1in.am saytına müsahibədə Beynəlxalq Böhran Qrupunun Avropa proqramları üzrə direktoru Sabina Freyzer demişdir. O həmçinin əlavə etmişdir ki, Azərbaycan və Ermənistan bu mənada ehtiyatlı olmalıdırlar, çünki tərəflər arasında sülhün bərqərar olunması yalnız onlardan asılıdır.

S. Freyzer, həmçinin Xocalı aeroportunun açılması məsələsinə də toxunmuşdur. Onun sözlərinə görə, bu məsələ tərəflərin sözün əsl mənasında mübahisə mövzusuna çevrilmişdir: “Bu məsələ Ermənistan prezidenti tərəfindən öz seçkiqabağı kampaniyasında istifadə olunub və düşünürəm ki, bundan sonra da Azərbaycana qarşı təbliğatda istifadə olunacaq. Hava limanı ətrafında vəziyyət xeyli siyasiləşdirilməşidir”.

Dağlıq Qarabağ münaqişəsi ilə bağlı irəliləyişə nail olunacağı təqdirdə Türkiyənin Ermənistanı öz regional nəqliyyat layihəsinə dəvət edəcəyi barədə məlumatları şərh edən S. Freyzer demişdir ki, bu ideya heç də yeni deyil və o, belə təşəbbüsləri müsbət sayır: “Yeni nəqliyyat layihələri tərəflər arasında etimadı möhkəmləndirməyə kömək edəcək. Azərbaycan bildirmişdir ki, bu layihə ancaq Ermənistan işğal olunmuş ərazilərdən çıxdıqdan sonra gerçəkləşə bilər. Eyni zamanda, düşünmürəm ki, Türkiyə danışıqlar prosesinə qarışmaq istəyir. Sadəcə bu ölkə öz maraqlarından çıxış edir. Çünki bu layihə Asiyanı Avropa ilə Türkiyə ərazisi vasitəsilə birləşdirəcək. Hesab edirəm ki, bu layihə  Azərbaycanın bəzi əraziləri qaytarılandan sonra reallaşa bilər”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında