Britaniyalı deputat: Azərbaycanın nüfuzu regionun hüdudlarından kənara yayılır

 

 

Böyük Britaniya Azərbaycan ilə əlaqələrini inkişaf etdirməlidir. Britaniyalı deputat, İcmalar Palatası energetika komissiyasının üzvü Kris Pinçer belə hesab edir.

Trend-in məlumatına görə, Pinçer Britaniyanın aylıq “Parliamentary Brief” siyasi dərgisində dərc olumuş məqaləsində yazır ki, Azərbaycan Avropa ilə Asiya arasında körpü, həmçinin əhəmiyyətli enerji təchizatçısı ola bilər: “Bəzi müşahidəçilər sual verə bilərlər: “Bizim Azərbaycanla nə işimiz ola bilər?” Ermənistanla münaqişəyə gəldikdə isə onlar deyə bilərlər ki, “bu münaqişə uzaq ölkədə, barələrində heç nə bilmədiyimiz insanlar arasında olan mübahisədir”. Mən belə münasibəti uzaqgörənlik hesab etmirəm. Belə adamlar, bizim xoşumuz gəldi və ya gəlmədi, yaşadığımız iqtisadi və geosiyasi dünyada qarşılıqlı əlaqələri tanımırlar”.

Onun fikrincə, ola bilsin ki, Azərbaycan az tanınır, ola bilsin ki, uzaqdır, amma onun nüfuzu regionun çərçivəsindən kənara çıxır və Böyük Britaniya sahillərinədək və onun hüdudlarından kənara yayılır: “Bu həmişə belə olmayıb. Azərbaycan Sovet İttifaqının tərkibində olduğu vaxtlarda çox kasıb idi. Lakin azadlıq əldə etdikdən və enerji sektorunun inkişafından sonra Azərbaycan Xəzər dənizi hövzəsində zəngin karbohidrogen ehtiyatlarına malik olduğuna görə çox varlandı”.

Qiymətləndirmələrə görə, Xəzər regionunun və Yaxın Şərqin ehtiyatları 88 trilyon kubmetr qazı ötür. Belə olan halda həmin ehtiyatlar 43 trilyon kubmetr həcmində olduğu hesab edilən Rusiyanın karbohidrogen ehtiyatlarını geridə qoyur:

“Azərbaycan “Şahdəniz” təbii qaz yatağının işlənməsinə başladıqdan sonra 2007-ci ildə ölkə qaz ixracatçısına çevrildi, o cümlədən, Türkiyə vasitəsilə Avropaya qaz nəqlini artırdı. Azərbaycan Avropa İttifaqına qazı Rusiya ərazisindən keçməyən mövcud qaz kəmərləri vasitəsilə ötürür".

Pinçer yazır ki, əgər əvvəllər Rusiya Şərqi və Mərkəzi Avropaya əsas qaz tədarükçüsü idisə, indi başqa oyunçular regiona karbohidrogen nəql edə bilərlər ki, bu da müsbət irəliləyişdir:

“Tarixən rəqabətin və Qərbdə zəruri nəqliyyat və qaz nəqli infrastrukturunun olmaması Aİ-nin ürəyində təhlükəsiz enerji landşaftının inkişafına mane olur”.

Məqalədə daha sonra qeyd olunur ki, Böyük Britaniya karbohidrogenlərin nəqlinin  şaxələndirilməsini dəstəkləməlidir ki, bu da Avropanın enerji təhlükəsizliyinin yüksəldilməsinə imkan verəcək. Hazırda yalnız üç ölkə Aİ-yə böyük həcmdə qaz nəql edir. Burada Rusiyanın payı 40, Əlcəzairin 30, Norveçin payı isə 25 faiz təşkil edir. Pinçer yazır: “Bizim şəxsi qaz tədarükümüzün əksər hissəsi Norveçdən həyata keçirilir. Lakin biz xarici idxaldan asılılığı artırırıq. Bu asılılıq 2020-ci ilədək hazırkı 30 faizdən 70 faizə çata bilər. Beləliklə, biz kontinental enerji böhranının mənfi nəticələrindən sığortalanmamışıq”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında