ATƏT-in Parlament Assambleyasının XIX illik sessiyası keçirilir

Osloda ATƏT Parlament Assambleyasının (PA) XIX illik sessiyası keçirilir.
Tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.
Sessiyanın əsas müzakirə mövzusu "Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə"dir.
Sessiyanın açılışında çıxış edən ATƏT PA-nın sədri Joao Soareş Azərbaycanın qurumdakı fəaliyyətini yüksək qiymətləndirmişdir.
Sessiyanın ilk iclasında gender bərabərliyinin təminatı və Qırğızıstandakı vəziyyət təhlil olunmuşdur.
Sonra sessiya işini PA-nın siyasi məsələlər və təhlükəsizlik, demokratiya, insan hüquqları və humanitar məsələlər, iqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit daimi komitələrində davam etdirmişdir.
Parlamentarilər transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə, iqlim dəyişikliyi, ətraf mühit, enerji resursları, nüvə təhlükəsizliyi və digər məsələləri müzakirə etmişlər.
İqtisadi məsələlər, elm, texnologiya və ətraf mühit komitələrinin iclasında çıxış edən Azərbaycanın qurumdakı nümayəndə heyəti rəhbərinin müavini Eldar İbrahimov ölkəmizdə cinayətkarlığa, korrupsiyaya qarşı mübarizə istiqamətində həyata keçirilən tədbirlər, proqramlar, bu sahədə qanunvericilik bazası, fəaliyyətdə olan əlaqədar struktur barədə məlumat vermişdir.
Azərbaycanlı deputat çıxışında Ermənistanın işğalçılıq siyasəti nəticəsində zəbt olunmuş torpaqlarımızda törədilən cinayətlər barədə sənədləri, faktları çatdırmışdır. Ermənilərin tarixi mədəniyyət abidələrimizə, maddi-mənəvi dəyərlərimizə vurduğu zərər barədə məlumat vermişdir.
İyulun 10-dək davam edəcək sessiyada assambleyanın üç baş komitəsi sözügedən məsələlərlə yanaşı iclasın əsas mövzusu barədə qətnamə layihəsini də müzakirə edəcəkdir. Sessiyada Oslo Yekun Bəyannaməsi imzalanacaqdır.
Sessiyanın sonuncu günündə ATƏT PA-nın sədri Joao Suareşin fəaliyyət müddəti bitdiyi üçün yeni sədri seçiləcəkdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında