Avropa Azərbaycanlıları Konqresi Xocalı soyqırımının ildönümü ilə bağlı Almaniya Bundestaqına müraciət ünvanlamışdır

 

 

Diasporla İş üzrə Dövlət Komitəsindən aldığımız məlumatda bildirilir ki, Avropa Azərbaycanlıları Konqresinin Almaniya Bundestaqına ünvanlanmış müraciəti erməni separatçı qüvvələrinin başçısı, hazırda Ermənistan prezidenti olan Serj Sarkisyanın 16 il əvvəl Britaniya jurnalisti Tomas de Vala müsahibəsində dediyi sözlərlə başlayır: “Xocalıdan öncə, azərbaycanlılar bizi ciddi qəbul etmirdilər. Onlar belə hesab edirdilər ki, erməni xalqı dinc əhaliyə qarşı heç vaxt əl qaldırmaz. Biz bu stereotipi sındıra bildik”.

Müraciətdə daha sonra deyilir: “Təəssüf ki, prezident Sarkisyan ”Qara Bağ" kitabının müəllifinə dediyi bu sözləri yada salmağa tələsmir. 21 il bundan əvvəl erməni silahlı qüvvələri sovet ordusunun 366-cı motoatıcı alayının dəstəyi ilə Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı həyata keçirmişdir.  “Human Rights Watch” beynəlxalq təşkilatı Xocalı qətliamını Azərbaycanın Srebrenitsası  adlandıraraq onu Ermənistan-Azərbaycan- Dağlıq Qarabağ münaqişəsi zamanı dinc əhaliyə qarşı törədilən ən dəhşətli soyqırımı kimi qiymətləndirmişdir. Buna baxmayaraq, Xocalı qətliamını həyata keçirən cinayətkarlar indiyədək məsuliyyətə cəlb olunmamış və beynəlxalq məhkəmə qarşısında  cavab verməmişlər.

Xocalı soyqırımı cəzası verilməmiş bir cinayətdir.  Bu səbəbdən, Xocalı hava limanının açılması Azərbaycan vətəndaşlarının ağrısıdır.

Avropa Azərbaycanlıları Konqresi Avropa ictimaiyyətini bu məsələdə Azərbaycan xalqı ilə həmrəy olmağa çağırır".

Samirə ƏLİYEVA,
“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında