XİN: Azərbaycan istənilən vasitə ilə torpaqlarını qaytarmağa qadirdir

 

 

Hazırda Azərbaycan istənilən vasitə ilə torpaqlarını geri qaytarmağa qadirdir. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Elman Abdullayev “TRT Haber” telekanalına müsahibəsində açıqlama vermişdir.

“Azərbaycan öz torpaqlarını istənilən yolla qaytarmağa qadirdir. Lakin insan itkilərinin əleyhinə olduğumuza görə Azərbaycan üçün prioritet münaqişənin hərbi deyil, siyasi yolla həllidir”, – deyə Abdullayev bildirmişdir.

Onun sözlərinə görə Azərbaycan diplomatiyasının əsas məqsədi status-kvonun dəyişməsidir.

Abdullayev qeyd etmişdir ki, Xocalı ərazisi azərbaycanlılara qarşı qırğının törədilməsi üçün təsadüfi seçilməmişdir. Xocalı faciəsinin əsas səbəblərindən biri şəhərin geostrateji mövqeyi, xüsusilə, orada aeroportun yerləşməsi idi.

E.Abdullayev bildirmişdir ki, qırğına hazırda Ermənistanda qabaqcıl vəzifələr tutan və daha əvvəl tutmuş şəxslər rəhbərlik etmişlər. Onlardan biri Ermənistanın indiki dövlət başçısı Serj Sarkisyan və sabiq prezident Robert Koçaryandır: “Onlar hətta bu faktı gizlətməyə çalışmırlar və KİV-ə müsahibələrində dəfələrlə bu barədə bəyan və etiraf etmişlər”.

Elman Abdullayev həmçinin vurğulamışdır ki, Azərbaycan Xocalı faciəsi barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmağa çalışır və bunun nəticəsində Xocalı hadisələri bir sıra ölkələrin parlamenti tərəfindən soyqırımı kimi tanınmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında