Vaşinqtonda Ermənistan səfirliyi qarşısında etiraz aksiyası keçirilmişdir

 

 

Fevralın 22-də Ermənistanın  Vaşinqtondakı səfirliyi qarşısında Xocalı soyqırımının 21-ci ildönümü ilə əlaqədar etiraz aksiyası keçirilmişdir.

Aksiya iştirakçıları – Vaşinqtondakı Azərbaycan icmasının nümayəndələri Xocalı şəhərinin dinc əhalisinə qarşı erməni silahlı qüvvələri tərəfindən törədilmiş vəhşilikləri, habelə Azərbaycan ərazilərinin  işğal edilməsini,  əhalisinin etnik təmizlənməyə məruz qalmasını  pisləyən şüar və plakatlarla çıxış etmişlər. Plakatlarda “Erməni terrorunu  pisləyin!”, “Xocalı qətliamı təkrar edilə bilməz!”, “Ermənistan etnik təmizləmə aparmaqda günahkardır”, “Ermənistana ar olsun!”, “Ermənistan, Qarabağdan rədd ol!” şüarları yazılmışdır. 

Azərbaycan icması etiraz aksiyasını hər il keçirir. Bu aksiyalara türk və digər icmaların nümayəndələri, habelə amerikalılar qoşulurlar. Etirazçılar hər bir aksiyadan sonra Ermənistan səfirliyinin qapısına etiraz notası qoyub gedirlər.

Yusif BABANLI,
AzərTAc Vaşinqton

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında