Naxçıvan Beynəlxalq Hava Limanının maddi-texniki bazası möhkəmləndirilir

 

 

Naxçıvan Muxtar Respublikasında nəqliyyat infrastrukturunun möhkəmləndirilməsi ilə bağlı həyata keçirilən ardıcıl tədbirlər çərçivəsində Naxçıvan Beynəlxalq Hava Limanına müxtəlif təyinatlı yeni maşın-mexanizmlər alınıb gətirilmişdir.

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni maşın-mexanizmlərə baxmışdır.

Məlumat verilmişdir ki, təyyarə yanacağı daşıyan “MAN” markalı ağır tonnajlı avtomobil 28, “Mersedes Benz” markalı yanacaqvuran avtomobil isə 20 tonluqdur. Sərnişinlərin rahatlığı üçün nəzərdə tutulan “Abus”-6300 markalı avtobus 124 nəfərlikdir. Avtobus vasitəsilə sərnişinlər təyyarədən perrona və əks istiqamətə daşınacaqlar. Avtobusda əlillər üçün də xüsusi yerlər vardır. “ISUZU” markalı avtomaşında quraşdırılmış ambulift tipli tibbi avtomobil isə sağlamlıq imkanları məhdud sərnişinlərə xidmət göstərmək üçün nəzərdə tutulub. Soyutma sistemləri ilə də təchiz olunan avtomobildə əlil arabaları da yerləşdirilib.

Hava limanına yeni gətirilmiş avtotrap və avtokonveynerlər, qoşqular və təyyarə dartıcısı, yük terminalı üçün avtoqaldırıcılar, “CAT” markalı ekskavator, 2 “Fiat-Doblo” markalı, 5 “NAZ Lifan X-60” markalı avtomobil, VİP sərnişinlərinə xidmət  üçün “Mersedes Benz” markalı yeni mikroavtobus, “Hobart” tipli təyyarə elektrik qidalandırıcısı və “TUG” markalı təyyarə mühərrikini hava ilə işə salan aqreqat da yüksək texniki göstəricilərə malikdir. Müasir tipli Skidoometr avadanlığı isə uçuş-enmə zolağında ilişmə əmsalını ölçmək üçün nəzərdə tutulmuşdur.

Bildirilmişdir ki, Naxçıvan Beynəlxalq Hava Limanında uçuşların təhlükəsizliyinin təmin olunması məqsədilə elektrik-işıq sistemi, rabitə qurğuları müntəzəm olaraq baxışdan keçirilir, istifadə olunan maşın-mexanizmlərin saz vəziyyətdə saxlanılmasına ciddi diqqət yetirilir. Burada yaradılan şərait və ən son texnoloji nailiyyətlərin tətbiqi sərnişinlərə nümunəvi xidmət göstərməyə imkan verir.

* * *

Naxçıvan Beynəlxalq Hava limanının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində bu il hava limanının ərazisində 4 mərtəbəli yeni inzibati bina inşa olunacaq.

Ali Məclisin sədri obyektin layihəsinə baxmış, bu ilin mart ayında tikinti işlərinə başlamağı tapşırmışdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidməti


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında