Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Əyar mərkəzinin açılışı olmuşdur

 

 

Fevralın 20-də Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Əyar mərkəzinin yeni binası istifadəyə verilmişdir.

Açılış mərasiminə gələn Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov binanın istifadəyə verilməsini bildirən lenti kəsmişdir.

Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Xalid İsgəndərov nazirlik, eləcə də onun şəhər və rayon şöbələrinin fəaliyyətinin yüksəldilməsi istiqamətində həyata keçirilən tədbirlərdən danışmış, yaradılan şəraitə görə kollektiv adından minnətdarlığını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbov yeni binanın istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edərək demişdir:

Bu gün muxtar respublikamızda qiymətli daşların və metalların, zərgərlik məmulatlarının idxalı və satışının həyata keçirilməsi sahəsində 41 fiziki şəxs sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Əyar mərkəzi tərəfindən qiymətli zərgərlik məmulatlarının satışını həyata keçirən fiziki şəxslərin fəaliyyətinin qanunvericiliklə tənzimlənməsi istiqamətində ardıcıl tədbirlər görülür, onların satışa çıxardıqları zərgərlik məmulatlarına dövlət nəzarəti həyata keçirilir, tərkibi yoxlanılır. Bu da istehlakçıların hüquqlarının qorunmasına və onların keyfiyyətli zərgərlik məmulatları ilə təmin olunmasına imkan verir. Ötən il muxtar respublikaya gətirilən 12 minə yaxın müxtəlif zərgərlik məmulatları əyarlanmış, analiz olunmuş və damğalanmışdır.

“İstər muxtar respublikada istehsal edilən, istərsə də xaricdən satış üçün gətirilən qiymətli metallardan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının əyarlanması və damğalanması davam etdirilməli, satışa çıxarılan məhsulların tərkibinin öyrənilməsi üçün analizlər aparılmalı, keyfiyyətli məhsulların satışı təmin olunmalıdır”, – deyən Ali Məclisin sədri kollektivə fəaliyyətində uğurlar arzulamış, binada yaradılan şəraitlə tanış olmuşdur.

Məlumat verilmişdir ki, Naxçıvan Şəhər Maliyyə Şöbəsi də bu binada fəaliyyət göstərəcək. Burada şöbənin əməkdaşları üçün yüksək iş şəraiti yaradılmışdır.

“Xalq qəzeti”

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında