Əli HƏSƏNOV: Güman edirik ki, ABŞ Prezidenti Xocalı soyqırımı ilə bağlı məsələyə münasibət bildirəcək

 

 

Güman edirik ki, ABŞ Prezidenti Barak Obama Xocalı soyqırımı, bütövlükdə Azərbaycanın işğal olunmuş torpaqları ilə bağlı məsələyə münasibət bildirəcək.

Trend-in məlumatına görə, bunu jurnalistlərə Ağ evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan səsin yığılmasına münasibət bildirərkən Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov demişdir.

“Hər halda bu məsələlərə münasibətin səsləndirilməsi və xalqın, insanların bu istəklərinin reallaşdırılması normal prosedur qaydasıdır. Düşünürük ki, bu prosedur qaydasına müvafiq olaraq, Azərbaycandan və dünyanın müxtəlif ölkələrindən Ağ evə və sayta ünvanlanmış bu tələblər nəzərə alınacaq. Həm Xocalı soyqırımına, həm də bütövlükdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə bir az da diqqət artırılacaq, normal qiymət veriləcək”, - deyə Administrasiya  rəsmisi bildirmişdir.

Qeyd edək ki, Xocalı qətliamının tanınması və Azərbaycanın işğal olunmuş əraziləri ilə bağlı Ağ evin rəsmi veb səhifəsində yerləşdirilmiş petisiya üçün lazım olan miqdarda səs toplanmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında