BMT Baş Məclisinin builki 64-cü sessiyasına Azərbaycana dair yeni qətnamə layihəsi təqdim olunmuşdur

BMT Baş Məclisinin builki 64-cü sessiyasına Azərbaycana dair yeni qətnamə layihəsi təqdim edilmişdir.
"Azərbaycanın işğal edilmiş ərazilərində beynəlxalq humanitar qanuna və beynəlxalq insan hüquqlarına riayət edilməsi" adlanan sənəd 10 bənddən ibarətdir.
Layihədə Haaqa Konvensiyası, Ümumdünya İnsan Hüquqları Bəyannaməsi, Silahlı Toqquşma Hallarında Mədəni Mülkiyyətin Müdafiəsi üçün razılaşma kimi sənədlər əks olunmuşdur.
Bundan əlavə, layihə BMT Baş Məclisinin "Azərbaycandakı qaçqın və məcburi köçkünlərə fövqəladə beynəlxalq yardım" adlı 1993-cü il 20 dekabr tarixli 48/114 nömrəli, "Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyət" adlı 2006-cı il 7 sentyabr tarixli 60/285 nömrəli və 2008-ci il 14 mart tarixli 62/243 nömrəli, Təhlükəsizlik Şurasının 822, 853, 874, 884 nömrəli qətnamələrini nəzərə alır.
Qətnamə layihəsində ATƏT-in Minsk qrupunun məruzəsi və həmsədr ölkələrin prezidentlərinin Toronto bəyanatı kimi sənədlər də öz əksini tapmışdır.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında