Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində ABŞ Dövlət Departamentinin qurumlarına müraciət ünvanlamışdır

 

 

Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi (YAP) Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət” kampaniyası çərçivəsində ABŞ Dövlət Departamentinin müxtəlif qurumlarına, insan hüquqlarının müdafiəsi ilə məşğul olan vətəndaş cəmiyyəti institutlarına müraciət göndərmişdir.

Fevralın 21-də bununla əlaqədar keçirilmiş tədbirdə bildirilmişdir ki, aksiyada partiyanın bütün rayon və şəhər təşkilatlarının gənclər birliklərinin üzvləri iştirak etmişlər.

YAP Gənclər Birliyinin sədri Seymur Orucov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətində çatdırılması istiqamətinə göstərdiyi müstəsna fəaliyyətinə görə təşəkkürünü bildirmişdir.

Qeyd edilmişdir ki, müraciətdə dünya ictimaiyyətindən 1992-ci il fevralın 26-da Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərinin mülki vətəndaşlarına qarşı törədilmiş soyqırımı ilə bağlı münasibətin bildirilməsi, bu cinayətə siyasi-hüquqi qiymətin verilməsi istiqamətində dəstəyin göstərilməsi xahiş olunur.

Müraciətdə vurğulanmışdır ki, Xocalı faciəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla 613 nəfər qətlə yetirilmiş, səkkiz ailə tamamilə məhv edilmiş, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirmişdir. Ermənilərin törətdikləri Xocalı faciəsi İslam Əməkdaşlıq Təşkilatının müvafiq qətnaməsində, Meksika, Pakistan, Kolumbiya dövlətlərinin parlamentlərində soyqırımı, ABŞ-ın Texas, Arkanzas, Nyu-Cersi, Corcia, Massaçusets, Nyu-Meksika ştatlarında kütləvi qətliam kimi tanınmışdır.

Tədbirdə Xocalı soyqırımının dəhşətlərini əks etdirən videomaterial nümayiş etdirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında