Novruz MƏMMƏDOV: “Azərbaycan hökuməti heç bir diaspor qurumuna danışıqlar aparmağa səlahiyyət verməmişdir”

 

 

“Biz belə danışıqları tanımırıq və onların belə danışıqlar aparmağa hüququ yoxdur”. APA-nın məlumatına görə, bu sözləri Azərbaycan Prezidenti Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov “AzərRos”un sabiq prezidenti Söyün Sadıxovun Moskvada azərbaycanlı və erməni icmalarının nümayəndələrinin görüşünün keçirilməsi təşəbbüsünə münasibət bildirərkən  demişdir.

Novruz Məmmədov qeyd etmişdir ki, Azərbaycan hökuməti heç bir diaspor qurumuna danışıqlar aparmağa səlahiyyət verməmişdir: “Düşünürəm ki, onlar müəyyən təsir altında, yaxud da müəyyən cəlbedici, şirnikləndirici proseslər nəticəsində bu əlaqələri qurur və danışıqlar apardıqlarını  iddia edirlər. Lakin belə danışıqların hüquqi, siyasi və digər əsası yoxdur, ola da bilməz”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında