Əhməd Davudoğlu: "Dağlıq Qarabağ probleminin həlli Türkiyə-Ermənistan münasibətlərini də normallaşdırar"

Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu TGRT televiziya kanalında ABŞ-ın dövlət katibi Hillari Klintonun Cənubi Qafqaz ölkələrinə səfərini şərh edərkən bundan sonrakı dövrün bölgə üçün mühüm olacağını söyləmişdir.
Onun sözlərinə görə, Dağlıq Qarabağ problemi həll olunarsa, Türkiyə-Ermənistan münasibətləri də normallaşar. Hazırda Ankara-Yerevan dialoqu durğunluq dövrünü yaşayır və Hillari Klintonun səfəri münasibətləri yenidən qurmaq üçün faydalı ola bilər. Eyni zamanda, ABŞ və Rusiya da ötən dövrdə Azərbaycan-Ermənistan münaqişəsinin həlli istiqamətində güclü iradə nümayiş etdirməmişlər.
Əhməd Davudoğlu Qırğızıstanda vəziyyətlə bağlı suala cavabında demişdir ki, əsas vəzifə özbəklərlə qırğızlar arasında münaqişənin olmaması, bütün türk dövlətlərini əhatə edən siyasi bir platforma yaradılmasıdır. Bu, ümumi bir türk platforması olmalıdır və türkdilli ölkələrin beynəlxalq aləmdə rolunun artmasına xidmət etməlidir. Hazırda, ATƏT-in fəaliyyətdə olan sədrinin Qazaxıstan olması, Türkiyənin BMT Təhlükəsizlik Şurasının müvəqqəti üzvü seçilməsi ilk mühüm addımlardır.

{nl}

Oqtay BAYRAMOV AzərTAc-ın xüsusi müxbiri
Ankara

{nl}

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında