Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını xarici siyasət konsepsiyasının əsas prioritetlərindən biri elan etmişdir

 

 

Moskva Dağlıq Qarabağ münaqişəsinin Rusiya, Fransa və ABŞ prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarında əksini tapmış prinsiplər əsasında həllinə dəstək verəcək.

MDB ölkələri ilə ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişafı Rusiyanın xarici siyasətinin əsas regional prioritetidir.APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti tərəfindən təsdiqlənən və XİN-in saytında yerləşdirilən “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası”nda deyilir.

Konsepsiyada bildirilir ki, Rusiya beynəlxalq terrorçuluq, ekstremizm, narkotiklərin qanunsuz dövriyyəsi, transmilli cinayətkarlıq, qanunsuz miqrasiya kimi ümumi təhdid və təhlükələrə qarşı mübarizə aparacaq, MDB ölkələri ilə əməkdaşlığı dərinləşdirməyə davam edəcək: “Birinci dərəcəli vəzifə Əfqanıstan ərazisindən qaynaqlanan bu təhlükələrin neytrallaşdırılması, Orta Asiya və Zaqafqaziyada sabitliyin pozulmasına yol verilməməsidir”.

Sənədə əsasən Rusiya Zaqafqaziyada yaranmış siyasi reallıqları nəzərə almaqla Gürcüstanla əlaqələrin normallaşdırılmasına diqqət yetirəcək.

Konsepsiyada bildirilir ki, Rusiya MDB məkanındakı münaqişələrin siyasi-diplomatik həlli üçün fəal rol oynamağa, xüsusən Dağlıq Qarabağ münaqişəsinin ATƏT-in Minsk qrupunun digər həmsədr ölkələri ilə birlikdə Rusiya, Fransa və ABŞ prezidentlərinin 2009-2011-ci illərdə verilmiş birgə bəyanatlarında əksini tapmış prinsiplər əsasında həllinə dəstək verməyə davam edəcək.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında