Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafından məmnunluq ifadə edilmişdir

 

 

Fevralın 18-də xarici işlər naziri Elmar Məmmədyarov diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar Qazaxıstanın ölkəmizdəki səfiri Serik Primbetov ilə görüşmüşdür.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, Elmar Məmmədyarov səfir S.Primbetovun fəaliyyətini və Azərbaycan-Qazaxıstan münasibətlərinin genişlənməsinə verdiyi töhfəni yüksək qiymətləndirmişdir. Nazir Elmar Məmmədyarov diplomata gələcək fəaliyyətində uğurlar arzulamışdır.

 Görüşdə ölkələrimiz arasındakı siyasi dialoqun yüksək səviyyəsindən və iqtisadi-ticari əlaqələrin inkişafından məmnunluq ifadə edilmişdir.

 Ölkəmizdən xoş təəssüratla ayrıldığını qeyd edən səfir Qazaxıstanın Azərbaycan ilə münasibətlərin genişlənməsində maraqlı olduğunu vurğulamışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında