Azərbaycanın Polşadakı səfirliyi rəsmi internet saytının sındırılması ilə əlaqədar bəyanat yaymışdır

rn  

rn

rn  

rn

rn Azərbaycanın Polşadakı səfirliyi fevralın 15-də saytının sındırılması ilə bağlı bəyanat yaymışdır. Səfirlikdən AzərTAc-a bildirmişlər ki, bəyanatda fevralın 15-də erməni xakerlərin səfirliyin rəsmi internet saytını sındıraraq saytda olan məlumatları sildikləri, saytın ana səhifəsində olan məlumatları isə dəyişdirdikləri qeyd olunmuşdur.

rn

rn Saytın ana səhifəsində olan Azərbaycan xəritəsi dəyişdirilmiş, xəritədə ermənilər tərəfindən işğal edilmiş ərazilərimiz Ermənistan bayrağının rəngləri ilə boyanmışdır. Naxçıvan Muxtar Respublikasının ərazisi isə xəritədə qırmızı rəngə boyanmış, orada “Naxçıvan, bizi gözlə” sözləri yazılmışdır. Saytın ana səhifəsində ermənilərin Azərbaycan və Türkiyəyə qarşı maraqlarını əks etdirən şəkildə uydurma qısa tarixi məlumat da yerləşdirilmişdir.

rn

rn Bəyanatda qeyd olunur ki, erməni xakerlərin bu qanunsuz hərəkəti səfirliyin Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasəti və erməni millətçilərinin ölkəmiz və xalqımıza qarşı dünyada yalan və iftiraya əsaslanan təbliğat fəaliyyətini hərtərəfli şəkildə ifşa etmək və Polşa ictimaiyyətini sözügedən problemlərlə bağlı həqiqətə uyğun şəkildə məlumatlandırmaq istiqamətində apardığı geniş fəaliyyətin qarşısını almaq cəhdidir. Belə ki, məlumat verildiyi kimi, 2012-ci ildə ermənilər səfirlik qarşısında iki dəfə mitinq keçirməyə cəhd etmişlər. Hər dəfə səfirliyin öncədən gördüyü tədbirlər nəticəsində yığıncaqlar ermənilərin istədikləri təsiri verməmişdir. Bundan əlavə, səfirlik hər biri minlərlə tiraj olmaqla polyak dilində nəşr etdirərək yaydığı “Dağlıq Qarabağ”, “Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi beynəlxalq hüquq baxımından”, “BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağa dair qətnamələri”, “Kürəkçay Müqaviləsi”, “Xocalı soyqırımı”, “Mart soyqırımı”, “20 Yanvar faciəsi”, “Dağlıq Qarabağ və Azərbaycan Respublikasının digər zəbt olunmuş əraziləri”, “Güllələnmiş heykəllər”, “1801-1878-ci illərdə Cənubi Qafqaz ərazisində xanlıqlar”, “Azərbaycan Demokratik Respublikası tərəfindən İrəvan xanlığı ərazilərinin ermənilərə verilməsi”, “Azərbaycanın Zəngəzur regionunun ermənilərə verilməsi” və s. adlı kitablar və məlumat vərəqələri vasitəsilə Azərbaycan tarixi, Dağlıq Qarabağ münaqişəsi, erməni millətçilərinin tarix boyu xalqımıza qarşı törətdikləri vəhşiliklər və s. ilə bağlı həqiqətləri Polşa ictimaiyyətinə çatdırmışdır.

rn

rn Erməni millətçilərinin təkcə Azərbaycan torpaqlarına deyil, həmçinin xalqımızın digər mədəniyyət nümunələrinə də iddia etdiklərini nəzərə alaraq səfirlik polyak dilində xüsusi olaraq min nüsxədə “Azərbaycan dolması” adlı kitab nəşr etdirərək yaymaqdadır. Kitabda dolmanın Azərbaycan xalqının milli mətbəxinin nümunəsi olması bir sıra dəlillər gətirilərək sübut edilir və dolmanın mahiyyəti Polşa ictimaiyyətinə çatdırılır.

rn

rn Erməni xakerlərinin sındırılmış saytda Naxçıvan Muxtar Respublikası ilə bağlı qeydi səfirliyin 2013-cü il üçün hazırlayaraq mindən çox nüsxədə yaydığı “Azərbaycan diyarı Naxçıvan” adlı şəkilli təqvimlərlə əlaqədardır.

rn

rn Bildirilmişdir ki, saytın sındırılması səfirliyin normal fəaliyyətinə təsir etməmişdir. Saytın sındırıldığı məlum olan kimi onun nəticələri səfirlik tərəfindən qısa zamanda aradan qaldırılmış, saytın fəaliyyəti bərpa edilmişdir. Hazırda saytda olan məlumatların və saytın fəaliyyətinin tam bərpası istiqamətində işlər davam etdirilir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında