Serbiyanın milli bayramı şərəfinə

 

 

Fevralın 15-də Serbiyanın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı - Dövlətçilik günü münasibətilə rəsmi qəbul təşkil etmişdir. AzərTAc xəbər verir ki, əvvəlcə Azərbaycanın və Serbiyanın dövlət himnləri səsləndirilmişdir.

Tədbirdə çıxış edən Serbiyanın Azərbaycandakı səfiri Zoran Vayoviç ölkəsinin keçdiyi inkişaf yolundan danışmış, siyasi, iqtisadi və digər sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulamışdır.

Diplomat Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq münasibətlərinin hazırkı səviyyəsindən məmnunluğunu bildirmiş, ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə əlaqələrinin inkişaf etdiyini vurğulamışdır.

Z.Vayoviç qeyd etmişdir ki, Azərbaycan ilə Serbiya arasında diplomatik əlaqələrin tarixi 1997-ci ildən başlayır. Hazırda Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə olduğunu deyən səfir hər iki ölkənin dövlət başçılarının - Prezidentlər İlham Əliyevin və Tomislav Nikoliçin qarşılıqlı səfərlərinin bu əlaqələrin inkişafına şərait yaratdığını diqqətə çatdırmışdır. Bu günədək ölkələrimiz arasında 20-dən artıq sənəd imzalanmışdır. Ölkələrimiz beynəlxalq hüququn norma və prinsiplərinə eyni tərzdə yanaşır. Azərbaycan və Serbiya demokratiya, bazar iqtisadiyyatı, insan haqları və qanunun aliliyi ilə bağlı təməl dəyərlərə və prinsiplərə sadiqdir.

İqtisadi inkişaf naziri Şahin Mustafayev əlamətdar gün münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevin ən xoş arzularını və təbriklərini çatdırmışdır.

Azərbaycan-Serbiya münasibətlərinin yüksək səviyyədə inkişaf etdiyini deyən nazir vurğulamışdır ki, bu əməkdaşlıq strateji tərəfdaşlıq və dostluq münasibətlərinə əsaslanır. Bildirilmişdir ki, siyasi və iqtisadi münasibətlərin yüksələn xətlə inkişaf etməsi hər iki ölkənin dövlət başçılarının bu tərəfdaşlığa verdiyi önəmdən irəli gəlir. Ölkə rəsmilərinin qarşılıqlı səfərləri çərçivəsində keçirilən görüşlər, səmərəli müzakirələr, eləcə də əldə edilən razılaşmalar iki dövlət arasında ticarət və iqtisadi əlaqələrin genişlənməsinə, yeni əməkdaşlıq imkanlarının yaranmasına və qarşıya qoyulan məqsədlərin həyata keçirilməsinə töhfə verir.

Şahin Mustafayev diqqətə çatdırmışdır ki, Azərbaycan ilə Serbiya arasında ənənəvi dostluq və əməkdaşlığa söykənən münasibətlər bundan sonra da ikitərəfli əlaqələrin inkişafına və möhkəmlənməsinə təkan verəcək, xalqlarımızın mənafelərinə, onların tərəqqisinə xidmət edəcəkdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında