ABŞ-ın William&Mary Kollecində Azərbaycan-ABŞ münasibətləri müzakirə edilmişdir

 

 

 ABŞ-ın ən qədim ali təhsil olacaqlarından olan William&Mary Kollecində Azərbaycan-ABŞ münasibətlərinin perspektivləri müzakirə olunmuşdur.

Azərbaycanın ABŞ-dakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, səfir Elin Süleymanov Birləşmiş Ştatların ikinci ən qədim universiteti olan, Virciniya ştatının tarixi Uilyamsburq şəhərində yerləşən William&Mary Kollecində Azərbaycan-ABŞ münasibətlərinin hazırkı vəziyyətinə, eləcə də problemlərə və perspektivlərə dair çıxış etmişdir.

Azərbaycanın dövlətçilik ənənələrindən danışan E.Süleymanov ABŞ Konstitusiyasının Amerika xalqının niyyətinin göstəricisi olduğu kimi, Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) İstiqlal Bəyannaməsinin də eynilə yüksək humanist ideyaları əks etdirdiyini vurğulamışdır. Diplomat demişdir ki, AXC-nin varisi olan Azərbaycan Respublikası daxili və xarici siyasətində bu prinsiplərdən çıxış edir. Azərbaycanda etnik və dini mənsubiyyətindən asılı olmayaraq bütün vətəndaşlar eyni hüquqlara malikdirlər. Bu fakt həm Azərbaycanın, həm də ABŞ-ın dövlət  siyasətində önəmli yer tutur.

Azərbaycanın tolerantlıq ənənələri barədə məlumat verən səfir etnik, milli və dini azlıqların ölkəmizdə sülh şəraitində yaşadığını vurğulamışdır.

Azərbaycan ilə ABŞ arasında münasibətlərin strateji xarakter daşıdığını bildirən diplomat ölkəmizin Birləşmiş Ştatlarla  terrorçuluqla mübarizə, enerji layihələri sahəsində ortaq maraqları bölüşdüyünü qeyd etmişdir.

Azərbaycanın Əfqanıstandakı əməliyyatlarda iştirakına da toxunan səfir ölkəmizin koalisiya qoşunlarının çıxarılmasından sonra da Əfqanıstanın bərpası üçün əməkdaşlığa hazır olduğunu bəyan etmişdir.

Regional enerji və infrastruktur layihələrindən danışan E.Süleymanov Bakı-Tbilisi-Qars dəmiryolu, eləcə də TANAP layihələrinin regionun inkişafına töhfəsini verəcəyini qeyd edərək bu layihələrin reallaşmasında ABŞ hökumətinin siyasi iradəsinin ifadə edilməsinin zəruri olduğunu vurğulamışdır.

Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat verən diplomat ABŞ-ın da həmsədrlərindən biri olduğu ATƏT-in Minsk qrupu tərəfindən məsələnin ədalətli həllini tapmasının regionun daha da inkişafı üçün yeni perspektivlər açacağını demişdir.

Qeyd edək ki, əsası 1693-cü ildə qoyulmuş William&Mary  Kollecinin ilk amerikalı rektoru Corc Vaşinqton olmuşdur. Qədimliyi ilə yanaşı bu ali təhsil ocağı ABŞ-da ilk hüquq məktəbinin məhz bu kollecdə təsis edilməsi ilə də məşhurdur.

Virciniya ştatına səfəri çərçivəsində E.Süleymanov Uilyamsburq şəhərinin meri Klayd Holmanla görüşmüş, potensial əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparmışdır.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında