Avropa İttifaqının Azərbaycan ilə bağlı son bəyanatı qəbulolunmazdır

 

 

Avropa İttifaqının (Aİ) Azərbaycan ilə bağlı son bəyanatı qəbulolunmazdır. AzərTAc xəbər verir ki, bu sözləri Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Elman Abdullayev fevralın 15-də Aİ-nin ATƏT-dəki nümayəndəliyinin son bəyanatını şərh edərkən demişdir.

E.Abdullayev vurğulamışdır ki, Xarici İşlər Nazirliyi Aİ-nin Azərbaycanda insan haqlarına dair son bəyanatını istintaq işinin gedişinə müdaxilə kimi qiymətləndirir. O demişdir: “İstintaqın necə aparılması ilə bağlı heç kimə göstəriş vermək olmaz. Çünki bütün dünyada olduğu kimi, Azərbaycanda da istintaq müstəqil aparılır”.

Onun sözlərinə görə, bu məsələdə təəccüb doğuran məqam odur ki, daim müstəqil məhkəmə proseslərinin keçirilməsinə tərəfdar olduğunu bəyan edənlər bu gün Azərbaycanda istintaqın gedişatına təzyiq etməyə çalışırlar. Bu kimi bəyanatlar Aİ-nin fəaliyyətinin obyektivliyinə kölgə salır. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında