RUMINİYA PARLAMENTİNİN DEPUTATLAR PALATASI

 

Demokrat Liberal Partiyasının Parlament Qrupu SİYASİ  BƏYANAT

“Dağlıq Qarabağ münaqişəsi” 12 fevral 2013-cü il tarixli iclas

– Cənab Sədr!

Hörmətli həmkarlar!

Yalnız ölkələrin və beynəlxalq təşkilatların razılaşdırılmış səyləri sayəsində həll oluna biləcək bir problemi yenidən sizin diqqətinizə çatdırıram: Dağlıq Qarabağ münaqişəsi.

1987-1988-ci illərdə Ermənistanın Azərbaycana qarşı əsassız ərazi iddiaları nəticəsində başlamış Ermənistan-Azərbaycan münaqişəsi sonradan Azərbaycan Respublikasının ərazisinin 20 faizinin işğal olunmasına gətirib çıxarmışdır. Nəticədə təxminən 30 min azərbaycanlı həlak olmuş, 50 min nəfər yaralanmış və bir milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkün statusunu almağa məcbur olmuşdur. Hazırda Dağlıq Qarabağ bölgəsi və ona bitişik olan 7 ərazi vahidi Ermənistan Respublikasının silahlı qüvvələri tərəfindən işğal altında saxlanılır. Erməni tərəfinin xüsusi qəddarlıqla həyata keçirdiyi hərəkətlər arasında 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Xocalı şəhərində millətçilik və etnik ayrı-seçkilik zəminində törədilmiş kütləvi qətl yer alır. Xocalı qırğını nəticəsində 613 vətəndaş xüsusi qəddarlıqla öldürülmüşdür, bunlardan 106-nı qadınlar, 63-nü uşaqlar və 70-ni qocalar təşkil edir.

Hörmətli həmkarlar!

Qeyd olunanları nəzərə alaraq, hesab edirəm ki, beynəlxalq ictimaiyyətə üzv ölkələr tərəfindən Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınan ərazi bütövlüyü, dövlət sərhədlərinin toxunulmazlığı və suverenliyinin dəstəklənməsi zəruridir.

Həmçinin Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan Respublikasının Xocalı şəhərində dinc əhaliyə qarşı millətçilik və etnik ayrı-seçkilik zəminində qətllərin həyata keçirilməsi insanlıq əleyhinə cinayət hesab edilməli və beynəlxalq ictimaiyyət bu faktı insanlıq, beynəlxalq təhlükəsizlik və xalqların birgə dinc yaşayışına təhdid saymalıdır.

Nəhayət, bölgədə sülhün bərqərar olunması üçün ilk addım kimi, BMT-yə üzv olan demokratik ölkələr erməni tərəfindən beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan münaqişəsinə dair qəbul etdikləri qərarların, xüsusilə BMT-nin Təhlükəsizlik Şurasının Azərbaycan Respublikasının işğal olunmuş torpaqlarının dərhal, tam və qeyd-şərtsiz azad edilməsinə dair 822, 853, 874 və 884 saylı qətnamələrinin icra edilməsini tələb etməlidir.

Təşəkkür edirəm.Luçian MİLİTARU,
Demokrat Liberal Partiyasının deputatı 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında