Azərbaycan ilə Küveyt arasında iqtisadi imkanlardan səmərəli istifadə etməyin zəruriliyi vurğulanmışdır

 

 

Fevralın 14-də Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə ölkəmizdə rəsmi səfərdə olan Küveyt Dövləti Baş nazirinin müavini, xarici işlər naziri Şeyx Sabah əl-Xalid əl-Hamad əl-Sabahın başçılıq etdiyi nümayəndə heyəti ilə görüşmüşdür.

Bu səfərin və keçirilmiş görüşlərin ölkələrimiz arasında əlaqələrin inkişafına töhfə verəcəyinə əminliyini bildirən Baş nazir Artur Rasizadə siyasi əlaqələrin yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın isə hazırkı potensiala cavab vermədiyini qeyd etmişdir.

Baş nazir vurğulamışdır ki, iqtisadi imkanlardan səmərəli istifadə etmək zəruridir. Görüş üçün Azərbaycanın Baş nazirinə minnətdarlığını bildirən Şeyx Sabah əl-Xalid əl-Hamad əl-Sabah Azərbaycana səfərinin iki ölkə arasında əlaqələrin, xüsusilə də iqtisadi sahədə əməkdaşlığın genişlənəcəyinə ümidvar olduğunu bildirmişdir. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında