YAP Gənclər Birliyinin dəstəyi ilə Oğuz rayonunda keçirilən “Qış məktəbi” öz işini davam etdirir

 

 

“Heydər Əliyev irsi milli sərvət kimi” mövzusunda diskussiyada iştirak edən YAP sədrinin müavini bildirmişdir ki, gənclərə diqqət və qayğı, gənclərlə iş partiyanın əsas məqsədlərindən, əsas hədəflərindən biridir. Belə məktəblərin həyata keçirilməsi ilə bağlı ideyanın meydana çıxması Azərbaycan hökumətinin gənclər siyasətinin tərkib hissəsi kimi qiymətləndirilir.

Bildirilmişdir ki, partiyanın yaradıcısı, ümummilli liderimiz Heydər Əliyevin qoyduğu irs də elə ondan ibarətdir ki, bütün Azərbaycan dövləti, eləcə də YAP gəncləri öz ətrafında daha sıx birləşdirərək daim onlara qayğı göstərsin. YAP ulu öndərin irsinə istinad edərək, həmçinin partiyanın sədri, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə uyğun olaraq gənclərlə işi öz gündəlik fəaliyyətinin ən əsas istiqamətlərindən biri hesab edir.

Əli Əhmədov bildirmişdir ki, bu, tamamilə məntiqə uyğundur. Çünki gənclər Azərbaycan cəmiyyətində böyük və xüsusi çəkiyə malikdirlər. Onlar cəmiyyətin ən fəal üzvləridirlər və müasir dünyagörüşünə sahibdirlər. Hər bir cəmiyyətin gələcəyi bu cəmiyyətin gənc üzvləri ilə bağlıdır. Çox sevindiricidir ki, Azərbaycanın fəal gənclərinin böyük bir hissəsi YAP-ın sıralarındadır və onlar dövlətimizin başçısının həyata keçirdiyi siyasəti ürəkdən bəyənirlər. Gənclərin bu siyasəti ürəkdən dəstəkləməsi ondan xəbər verir ki, ölkəmizdə Prezidentin həyata keçirdiyi siyasət bütün xalqın maraqlarına uyğun olduğu kimi, eyni dərəcədə Azərbaycan gəncliyinin də istək və arzularına tam cavab verir.

Bildirilmişdir ki, bu gün Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bütün işlər insanların rifahının, həyat səviyyəsinin yaxşılaşmasına, ölkəmizin müasirləşməsinə, yeniləşməsinə, yeni dünyagörüşünün formalaşmasına, yeni münasibətlərin tətbiq olunmasına yönəlmişdir. Təbii ki, gənclər bütün bu proseslərin fəal iştirakçılarına çevrilmişlər.

Sonra Yeni Azərbaycan Partiyası sədrinin müavini-icra katibi Əli Əhmədov, YAP icra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov, partiyanın Siyasi Şurasının üzvü, Milli Məclisin aqrar siyasət  komitəsinin sədri Eldar İbrahimov, YAP İdarə Heyətinin üzvü Kərim Kərimov gənclərin çoxsaylı suallarını cavablandırmışlar.

Fevralın 11-də başlamış “Qış məktəbi”ndə Bakı şəhərini, eləcə də respublikamızın müxtəlif bölgələrini təmsil edən 100-ə yaxın fəal gənc iştirak edir. Proqrama uyğun olaraq gənclərlə “2013-cü il - İKT ili. Əldə olunmuş nailiyyətlər və qarşıdakı hədəflər”, “Gəncliyin seçimi: elm və idman”, “Seçki kampaniyasının idarə olunmasının təşkili və seçki mesajının hazırlanması”, “Müasir cəmiyyətdə informasiyanın gücü”, “Vaxtın idarə olunması” və digər mövzularda interaktiv təlimlər, seminar-diskussiyalar keçirilmişdir. Bundan əlavə, gənclərin asudə vaxtlarının mənalı və səmərəli keçməsi üçün interaktiv oyunlar, müxtəlif idman yarışları da təşkil olunmuşdur.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında