ATƏT-in Minsk qrupunun həmsədrləri birgə bəyanatla çıxış etmişlər

ATƏT-in Minsk qrupunun həmsədrləri Robert Bradke (ABŞ), Bernar Fasye (Fransa) və İqor Popov (Rusiya) birgə bəyanatla çıxış etmişlər.
Həmsədrlər Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində irəliləyişin olduğu barədə fikirlərini bölüşmüşlər.
AzərTAc ATƏT-in rəsmi saytına istinadla xəbər verir ki, sənəddə ABŞ, Rusiya və Fransa prezidentlərinin birgə bəyanatının Dağlıq Qarabağ münaqişəsinin həllində əsas olduğu bildirilir.
Həmsədrlər sülh razılığı layihəsinin hazırlığına başlanması üçün tərəfləri konstruktiv güzəştlərə, növbəti addım atmağa, irəliyə doğru getməyə, eləcə də 1994-cü ildə imzalanmış atəşkəs rejiminə ciddi şəkildə riayət etməyə çağırmışlar.
Səfər çərçivəsində həmsədrlər, həmçinin işğal edilmiş ərazilərdə bu payızda həyata keçiriləcək missiyanın planını da təqdim etmişlər.
Bəyanatda artıq bu planın prinsipcə qəbul edildiyi bildirilir. Vasitəçilər ümid edirlər ki, iyulun 16-17-də Almatıda ATƏT-ə üzv ölkələrin xarici işlər nazirlərinin qeyri-rəsmi sammitində Azərbaycanın və Ermənistanın xarici siyasət idarələri rəhbərlərinin görüşü keçiriləcəkdir.{nl}

 

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında