Fransa senatoru: Ermənistan hökumətinin Xocalı aeroportunu açmaq cəhdi təxribatdır

 

 

Ermənistan hökumətinin Xocalı aeroportunu açmaq cəhdi təxribatdır.  Türkiyənin nüfuzlu “Haber türk” saytına istinadla xəbər verir ki, bu sözləri Fransa Senatının üzvü Natali Qule demişdir.

Azərbaycan torpaqlarının 20 faizini işğal edən Ermənistanın bu addımı münaqişənin sülh yolu ilə həllinə zərbə vuracağını deyən senator Xocalı soyqırımından da danışmışdır. Xocalıda törədilmiş qətliamı əsl soyqırımı adlandıran N.Qule vurğulamışdır: “Bu faciə zamanı həlak olanların xatirəsini hər zaman ehtiramla anacağam”.

Özünü Azərbaycanın fəxri vətəndaşı hesab etdiyini deyən senator məhz buna görə də istənilən platformada Azərbaycanı müdafiə etməyə və tanıtmağa əlindən gələni edəcəyini söyləmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında