Siyavuş NOVRUZOV: Kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir

 

 

Kimsə xalqın, millətin, Prezidentin ona göstərdiyi etimaddan kənara çıxacaqsa, təbii ki, həmin insanlar cəzalanacaqlar.

Bunu Trend-ə Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov Prezident İlham Əliyevin fevralın 12-də “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunmuş konfransda yekun çıxışını şərh edərkən demişdir.

Siyavuş Novruzov qeyd etmişdir ki, Prezident İlham Əliyev keçirdiyi geniş konfransda respublikada olan vəziyyətlə bağlı müzakirələr aparmış, mövcud nöqsanları göstərmişdir: “Cənab Prezident nöqsanların aradan qaldırılması üçün tapşırıqlarını verdi. Qarşıda duran vəzifələri müəyyənləşdirdi. Hesab edirəm ki, çox vacib və zəruri olan bir müşavirə idi və o müşavirədə iştirak edən hər bir şəxs - istər sahibkarlar, istərsə də rayon və şəhər icra hakimiyyətinin başçıları, digər strukturların rəhbərləri hamısı özlərinin qarşısında duran vəzifəni başa düşdü. Bundan sonra onlar hansı istiqamətdə işləmək, cənab Prezident tərəfindən verilən tövsiyələrin yerinə yetirilməsi üçün gələcək fəaliyyətlərini necə qurmaq məqsədilə planlarını hazırlamalıdırlar”.

Dövlət başçısının bəzi məmurların vətəndaşlara yuxarıdan aşağı baxması fikrini şərh edən YAP rəsmisinin sözlərinə görə, təbii ki, insan amili birinci faktordur: “Görülən işlər hamısı insan üçündür. İnsana hörmət göstərilmirsə, o görülən işin əhəmiyyəti nədən ibarətdir? Bu baxımdan cənab Prezident çox düzgün olaraq məsələ qaldırdı. Azərbaycan vətəndaşlarına, hər bir insana hörmətlə yanaşılmalıdır, onun problemləri dinlənilməlidir, onlara qulaq asılmalıdır, onlarla görüşlər keçirilməlidir və problemlər həll olunmalıdır. Bəzi dövlət məmurları hansısa səbəbdən yolunu azır. Cənab Prezident də onların hamısına xəbərdarlıq etdi ki, heç kəs yolunu azmasın. Kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında