Azərbaycan XİN rəhbəri Azərbaycanın dinc əhalisinə qarşı törədilmiş cinayətlərdə təqsirkar olanların hamısını məsuliyyətə cəlb etməyə çağırmışdır

 

 

Ermənistanın başladığı müharibə Azərbaycan ərazilərinin işğal edilməsinə gətirib çıxarmışdır və bu müharibənin dinc vətəndaşlara təsiri hələ də davam edir. AzərTAc xəbər verir ki, Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov bu fikri BMT Təhlükəsizlik Şurasının Nyu-Yorkda keçirdiyi “Silahlı münaqişələrdə dinc əhalinin müdafiəsi” mövzusunda açıq debatlarda çıxış edərkən söyləmişdir.

Nazir vurğulamışdır ki, Ermənistanın təcavüzü nəticəsində indi Azərbaycan qaçqınların və məcburi köçkünlərin sayına görə dünyada ilk yerlərdən birini tutur. Hazırda ölkə sakinlərinin orta hesabla hər 9 nəfərdən biri bu kateqoriyaya aiddir.

XİN başçısı öz çıxışında Xocalı soyqırımı məsələsinə də toxunmuşdur. O demişdir: “21 il bundan əvvəl Azərbaycanın Xocalı şəhərində dinc əhaliyə qarşı soyqırımı aktı törədilmişdir. Bu şəhərdə bir gecə ərzində 600-dən çox dinc sakin yalnız azərbaycanlı olduğuna görə qətlə yetirilmişdir”.

Nazir vurğulamışdır ki, bu etnik təmizləmə və soyqırımı, dinc əhaliyə hücum faktları beynəlxalq humanitar hüququn pozulması deməkdir. E.Məmmədyarov demişdir: “Biz əminik ki, beynəlxalq səviyyədə görülən ardıcıl tədbirlər, habelə mövcud hüquqi çərçivələr həmin münaqişənin gedişində Azərbaycanın dinc əhalisinə qarşı cinayətlərə görə cavabdeh olanların hamısını məsuliyyətə cəlb etməyə imkan verəcəkdir”.

E.Məmmədyarov onu da qeyd etmişdir ki, BMT bu məsələdə daha artıq fəallıq göstərməlidir. BMT silahlı münaqişələrin bütün formalarına, o cümlədən uzanan münaqişələrə diqqəti artırmalıdır.

Nazir demişdir ki, məcburi köçkünlər öz evlərinə qayıtmaq hüququna malikdirlər. Qanunsuz əməllərə son qoymaq və köçkünlərin öz evlərinə qaytarılmasını təmin etmək üçün mülkiyyət və torpaq məsələlərinin həllinə, belə hallarda baş verən etnik zəmində ayrı-seçkiliyin aradan qaldırılmasına daha ardıcıl yanaşma tələb olunur.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında