Naxçıvan şəhərindəki 10 nömrəli tam orta məktəbin binası istifadəyə verilmişdir

 

 

Fevralın 12-də Naxçıvan şəhərindəki 10 nörməli tam orta məktəbin binası istifadəyə verilmişdir.

Açılış tədbirində çıxış edən məktəbin direktoru Əkbər İbrahimov  göstərilən dövlət qayğısına görə kollektiv adından minnətdarlıq etmiş, bundan sonra da gənc nəslin təlim-tərbiyəsində səylə çalışacaqlarını bildirmişdir.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif    Talıbov məktəb binasının açılışı münasibətilə müəllim və şagirdləri təbrik edərək demişdir: Bu gün ölkəmizdə təhsilin inkişafı həyata keçirilən dövlət siyasətinin əsasını təşkil edir. Ölkə başçısı tərəfindən yeni məktəb binalarının tikintisinə, müasir təhsil infrastrukturunun yaradılmasına göstərilən yüksək diqqət və qayğı ölkəmizdə təhsilin keyfiyyətinin yüksəlməsinə, bu sahədə uğurlu nailiyyətlərin qazanılmasına səbəb olmuşdur.

“10 nömrəli məktəbdə yaradılan şərait məktəbin kollektivi qarşısında yeni vəzifələr qoyur”, - deyən Ali Məclisin sədri bildirmişdir ki, şagirdlər istifadəyə verilən müasir tədris avadanlıqlarından səmərli istifadə etməli, keçirilən dərslər yüksək səviyyədə mənimsənilməlidir. Məktəbin pedaqoji kollektivi isə ölkəmizin gələcəyi üçün bilikli və vətənpərvər gənclərin yetişdirilməsinə xüsusi diqqət yetirməli, yaradılan şəraitdən səmərəli istifadə təmin olunmalıdır.

Sonra Ali Məclisin sədri Naxçıvan şəhərinin ümumtəhsil məktəblərində əla qiymətlərlə oxuyan bir qrup şagirdə kompüter dəsti hədiyyə etmiş, təhsildə qazandıqları nailiyyətə görə onlara öz təşəkkürünü bildirmişdir.

Açılışı bildirən lent kəsildikdən sonra binaya baxış olmuşdur.

972 şagird yerlik məktəb binası müasir tələblər səviyyəsindədir. Binada 4-ü elektron lövhəli olmaqla 54 sinif otağı, kimya, biologiya və fizika laboratoriyaları, hərbi kabinə, 3 kompüter otağı, 2 müəllimlər otağı, kitabxana, bufet və idman zalı vardır. Yaradılan tədris şəraiti, istifadəyə verilən fənn laboratoriyaları və kabinələri şagirdlərin dərsləri daha yaxşı mənimsəmələrinə və bundan sonra da yüksək təhsil uğurları qazanmağa imkan verəcəkdir.

Məktəbin pedoqoji kollektivi ilə görüşən Ali Məclisin sədri muxtar respublikada təhsil quruculuğu istiqamətində həyata keçirilən tədbirlərin bundan sonra davam etdiriləcəyini qeyd etmiş, məktəblərdə yaradılan şəraitdən səmərəli istifadənin vacibliyini bildirmişdir.

Məktəbdə fərdi qazanxana və müasir istilik sistemləri quraşdırılmış, həyətdə abadlıq və yaşıllaşdırma işləri aparılmış, işıqlandırma sistemləri qurulmuş, açıq idman qurğuları qoyulmuşdur.

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında