Avropa Xalqları Partiyasının Gənclər Təşkilatı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Avropa İttifaqının üzvü olan dövlətlərə müraciət etmişdir

 

 

Avropa Xalqları Partiyası Gənclər Təşkilatı (YEPP) Şurasının Tiranada keçirilmiş iclasında Avropanın enerji təhlükəsizliyinə dair qətnamə qəbul edilmişdir.

Avropa Azərbaycan Cəmiyyətindən AzərTAc-a bildirmişlər ki, sənəddə Azərbaycanın bu sahədə rolu xüsusi vurğulanmış, Ermənistan tərəfindən torpaqlarımızın işğalı pislənmişdir.

YEPP-nin qətnaməsində Avropa İttifaqının üzvü olan dövlətlərə çağırış da əksini tapmışdır. Qətnamədə deyilir ki, “Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin və onun ətrafındakı rayonların işğalına son qoyulması üçün Ermənistan hökumətinə müraciət edilməlidir. Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz hissəsidir, onun sərhədlərinin toxunulmazlığı və əhalisinin sərhəd regionlarında yaşamasının təhlükəsizliyi gecikdirilmədən tam təmin olunmalıdır. Təəssüf ki, ATƏT-in Minsk qrupu çərçivəsində aparılan danışıqlar bu vaxta qədər uğurlu olmamışdır. Buna görə də təxirə salınmadan Azərbaycanın beynəlxalq hüquqa əsasən legitim ərazisinin bütövlüyü bərpa olunmalıdır”.

YEPP Avropa Xalqları Partiyasının (EPP) rəsmi qurumu olmaqla yanaşı qitənin 39 ölkəsindən 57 sağ-mərkəzçi siyasi gənclər təşkilatını birləşdirir. 1997-ci ildə təsis olunmuş YEPP inkişaf edərək Avropanın ən böyük siyasi gənclər təşkilatına çevrilmişdir.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında