İranın Ermənistandakı səfiri: “İran Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

 

 

 “İran Azərbaycanın, Ermənistanın və Tacikistanın ərazi bütövlüyünü dəstəkləyir”.

APA -nın Ermənistan mətbuatına istinadən xəbərinə görə, bunu İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi demişdir.

Səfir İranın tanınmış din xadimi ayətullah Səid Məhəmməd Bokiri Xərrozinin “Əgər mən prezident olsam, İrandan ayrılmış Tacikistan, Ermənistan və Azərbaycan torpaqlarını qaytaracağam” bəyanatına belə münasibət bildirmişdir: “Xərrozi din xadimidir və hər hansı dövlət postunu tutmur. İran azad ölkədir və kim nə istəyirsə, danışa bilər. İranın xarici siyasət məsələləri ilə bağlı rəsmi mövqeyini prezident və xarici işlər naziri açıqlayır. Digər açıqlamalar həqiqətəuyğun deyil”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında