İrji MAŞTALKA: “Dağlıq Qarabağ münaqişəsinin qan tökülmədən həllinə nail olacaq bir variant tapmaq lazımdır”

 

 

 “Dağlıq Qarabağ münaqişəsinin həllində Minsk Qrupu vasitəçilik edir. Münaqişənin həllində qan tökülməsin deyə Minsk Qrupunun fəaliyyətinə əsaslanmaq lazımdır”.

APA -nın məlumatına görə, bu fikirləri jurnalistlərə açıqlamasında Avropa Parlamentinin deputatı, Avronest PA-nın Enerji Təhlükəsizliyi Komitəsinin həmsədri İrji Maştalka demişdir.

 O, münaqişə ilə bağlı Avropa Birliyinin mövqeyini şərh etmişdir: “Mən bəzi hallarda Avropa Birliyinin xarici işlər və təhlükəsizlik məsələləri üzrə Ali nümayəndəsi Ketrin Eştonun atdığı addımlara ondan fərqli yanaşıram. Amma onun, ümumiyyətlə, Avropa Birliyinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini dəstəkləyirəm. Bu mövqe ondan ibarətdir ki, münaqişənin həllində elə etmək lazımdır ki, istənilən halda qan tökülməsin. Avropa dövlətlərinin  bu sahədə təcrübələri var, yəni hər iki tərəfin hüquqları pozulmadan münaqişənin həlli yolları mümkündür. Biz Dağlıq Qarabağ məsələsinin həllində belə bir yol fikirləşib tapmalıyıq”. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında