Demokratik Azərbaycan Dünyası Partiyasının B Ə Y A N A T I

 

Tarixi saxtalaşdıran “xalq yazıçısı”

Əkrəm Əylislinin bağışlanması mümkün deyil

Biz - Demokratik Azərbaycan Dünyası Partiyası olaraq,  xalq yazıçısı Əkrəm Əylislinin Moskvada “Drujba narodov” jurnalında  dərc olunan “Daş yuxular” romanını birmənalı olaraq qəbul etmirik və onun “xalq yazıçısı” fəxri adından, həmiçinin Prezidentin fərdi təqaüdündən məhrum olunması ilə əlaqədar ölkə başçısının imzaladığı sərəncamları alqışlayırıq.

“ Əylis mənim üçün dünyadır. Dünyanın hər şeyi, insan münasibətlərinin bütün mənzərələri - zalımlıq, rəhmdillilik, satqınlıq, mərdlik, namərdlik mənim üçün Əylisdə cəmlənib”. Bu sözləri xalq yazıçısı  Əkrəm Əylisli öz müsahibələrinin birində deyib. Çox qəribə məntiqdir. Adətən insan doğulduğu məkanı o qədər sevir ki, onun haqqında deyilən adi tənqidi də  qəbul etmir. Bəs bu necə doğmalıqdır ki, Əkrəm Əylisli doğulduğu Əylis kəndini bu qədər təhqir edir?      

Hər bir insan dünyanı və ya müəyyən hadisəni necə düşünürsə, o cürə də görür. Əkrəm Əylisli də xislətində satqınlıq və xəyanət cəmləşdiyindəndir ki, Azərbaycan dövlətinin dünyada sülh və əmin - amanlıq, haqq - ədalət tərəfdarı olduğunu, xalqımızın  böyüklüyünü yaşının bu vaxtına qədər hələ də duya bilməyib. “Xalq yazıçısı” kimi möhtəşəm ad, Şöhrət və İstiqlal ordenləri,  çoxlu sayda  mükafatlar, yaradıcılığı üçün hər cür geniş imkanların yaradılması sən demə, Əkrəm Əylisli üçün “zavallı ermənilərin” taleyindən qiymətli deyilmiş. Əkrəm Əylisliyə hər cür şərait yaradılsa da, yüksək  imtiyazlar verilsə də, sən demə, onun ürəyi ermənilərlə birgə döyünürmüş. “Daş yuxular” romanında dövlətimizi, xalqımızı, millətimizi  aşağılayan, ermənilərə haqq qazandıran Ə.Əylislinin  Azərbaycana qarşı nifrəti və mənfur niyyəti, ermənilərə isə məhəbbəti  açıq-aşkar görünür. Bir faktı xatırladaq ki, Ramil Səfərov möhtərəm Prezidentimiz tərəfindən əfv  olunan zaman  bütün Azərbaycan xalqı sevinc içərisində idi. Hamı bir-birinə gözaydınlığı verir, təbrik edirdi. Yalnız Ə.Əylisli “Mənim qəhrəmanlıqla bağlı, öz təsəvvürlərim var. Bu cür kampaniyalara mən qoşulmuram” – deyə soyuq bir tərzdə yanaşmışdı. Sən demə, o, Ramil Səfərovun əfv olunmasından bərk qəzəblənibmiş. Axı, Ramil bayrağımızı, millətimizi təhqir edən erməni zabitinə layiq olduğu cəzanı vermişdi. Görünür, erməni zabitinin ölümü Əkrəm Əylislinin ürəyini ağrıdıbmış.

Bəs görəsən Ə.Əylisli hansı kampaniyalara qoşulur? Bəlkə  “Son anımıza qədər ermənilərin müdafiəsində dayanaq. Onları bütün dünyaya “məzlum, yazıq erməni” kimi tanıdaq” adlı kampaniyaya başlamaq istəyir? Azərbaycanın “xalq yazıçısı”nın  “Daş yuxular” romanı onun belə bir kampaniyaya artıq start verdiyini təsdiqləyir. Onun “romanında” ermənilərin halına necə acıdığı, “zavallı ermənilər”in  müdafiəsinə necə qalxdığı özünü açıq şəkildə büruzə verir.

Ə.Əylisli yazır: “Doktor, əziz doktor... öldürdülər... Günün günorta çağı belə bir adamı döyüb məhv elədilər. Hamısını eləyən bu yerazlardı, doktor, yerazlar. 5-6 yeraz gədəsi. Bu köpək uşağı qaçqınlar heç adamlara hörmət qoymurlar, doktor, əziz doktor. Nə artist sayırlar, nə şair, nə yazıçı bilirlər. Birinə erməni de – işi bitdi. O dəqiqə vəhşi heyvan kimi ayaqlarının altına salıb tapdalayacaqlar. Parçalayacaqlar, qorxudan heç kim yaxın da gedə bilməyəcək... Deyirəm ki onlara, döyməyin, bu adam erməni deyil, bizim adamdı, öz xalqımızın oğludur, millətin qürurudur, vicdanıdır. Kimdi qulaq asan? Mənə heç adımı deməyə imkan vermədilər. Böyrümə elə təpik vurdular, az qaldı elə orda ölüm. Bax bura doktor, sağ böyrümə. İndiyə kimi dəhşətli göynədir”. Bu əqidədə olanların soy-kökünün erməni olması heç kimdə şübhə doğura bilməz.       Özünü sərbəst yazıçı hesab edən Ə. Əylisli nə istəsə yaza bilər. Amma xalqın tarixi və mövqeyi  ilə bağlı yazılarında düşüncəsinə Vətən sevgisi, milli təəssübkeşlik kimi hisslər qatıb, elə bir əsər yaratmalıdır ki, oxucunun şüurunda dərin iz buraxsın. O isə ermənilərin qəlbində iz buraxdı. Artıq dünya xalqları ermənilərin azərbaycanlılara  qarşı apardıqları  dəhşətli soyqırımılarını tanıdıqları bir vaxtda azərbaycanlı yazıçının bütün bunları inkar etməsi və ermənilərə qarşı soyqırımı törədildiyini bəyan etməsi, qəddar, zalım millətə haqq qazandırması bu insanın erməni xislətli olmasından, əslən bu millətə bağlılığından xəbər verir, soy-kökünün erməni  olduğunu sübut edir.  Ə.Əylisli özü də müsahibələrinin birində bunu təsdiq edərək deyib: “Gendə nə varsa, gec-tez üzə çıxır”. Görünür, Ə. Əylislinin də genində nə isə var  imiş ki, indi üzə çıxıb. Onun ermənilərə olan sevgisi gözlərini elə qapadıb ki,  1900-cü ildən bu günə qədər azərbaycanlıların öz torpaqlarından deportasiya edilmələrinin, kütləvi sürətdə soyqırımı və qaçqınlıq həyatı yaşamalarının günahkarnın ermənilər olduğunu dilinə gətirmək belə istəmir. Xocalı qətliamı bütün dünyanı dəhşətə gətirsə də, Əkrəm Əylislini zərrə qədər də olsa, narahat etməyib. Kim bilir, bəlkə də ürəyində ermənilərlə fəxr edib, onların törətdikləri bu ağlasığmaz vəhşiliklərlə  və mənsub olduğu bu qaniçən millətlə qürur duyub. Bunu isə “Daş yuxular” romanı vasitəsi ilə bəyan edib.

“Erməniləri tərifləyəni asmaqmı lazımdır? - deyə hələ bir utanıb-qızarmadan  ictimaiyyətə sualla müraciət edir.  Ona xatırladırıq ki, Xankəndində bir park var. Parkın düz mərkəzində sal qaya parçası qoyulub. Ermənilər həmişə oranı sevinclə, fəxrlə yad edirlər. Sonradan məlum olub ki, hələ Sovet İttifaqı vaxtında, 1960-cı illərdə dörd azərbaycanlı kişisini bu qayaya bağlayıb, ermənilərin gözünün qarşısında diri-diri yandırıblar. Mərhumların yanmış cəsədlərindən axan yağ qayanı qara rəngə boyayıb. Aradan illər keçsə də, nə yağış, nə də qar suları bu qara  rəngi qayanın üstündən təmizləyə bilməyib.

Ə.Əylisli isə, bu qəddarlığı görmür və görməməzliyə vurur, yenə də ermənilərin müdafiəsinə  qalxır. ”Mən yazanda özümü yazıram. Özümdə olmasa yaza bilmərəm” – deməsi ilə bir daha təsdiqləyir  ki, qəddar, qaniçən erməniləri məzlum kimi tanıtmaqla, Xocalıda,  işğal olunmuş ərazilərimizdə  azərbaycanlıların faciəli  şəkildə qətlə yetirilmələrinin üstündən sükutla keçir,  ermənilərin “haqqını” müdafiə edir.

Demokratik Azərbaycan Dünyası Partiyası yekdilliklə bəyan edir ki, Əkrəm Əylisli bütün imtiyazlardan məhrum edilməlidir. Belə bir adamın azərbaycanlı adını daşımağa və Azərbaycanda nədənsə bəhrələnməyə mənəvi haqqı yoxdur.

Fatma ƏLİYEVA,

Demokratik  Azərbaycan Dünyası Partiyasının sədri


 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında