Cəmil Çiçək İqtisadi Əməkdaşlıq Təşkilatına üzv ölkələri Azərbaycan torpaqlarının işğalına daha sərt mövqe bildirməyə çağırmışdır

 

 

Pakistanda keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatı (ECO) Parlament Assambleyasının I Konfransında çıxış edən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək təşkilata üzv ölkələri Azərbaycan torpaqlarının işğalına daha sərt mövqe bildirməyə çağırmışdır. Türkiyə parlamentinin spikeri vurğulamışdır ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycan torpaqlarının tez bir zamanda azad edilməsi regionda iqtisadi əməkdaşlıq üçün də mühüm amildir. Onun sözlərinə görə, ECO üzvü olan ölkələrin yerləşdiyi geostrateji məkan, təbii sərvətlər və insan kapitalından narahat olan bəzi güclər bu coğrafiyada bəzi oyunlar oynamağa çalışırlar. Ona görə də biz bu oyunları yaxşı anlamalı, onların qarşısını birlikdə almalıyıq.

Oqtay BAYRAMOV,
AzərTAc-ın xüsusi müxbiri
Ankara


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında