İranın milli bayramı şərəfinə

 

 

Fevralın 11-də İranın Azərbaycandakı səfirliyi ölkəsinin milli bayramı – İslam inqilabının 34-cü ildönümü münasibətilə rəsmi qəbul təşkil etmişdir. Əvvəlcə Azərbaycanın və İranın dövlət himnləri səsləndirilmişdir.

Səfir Möhsün Pakayin ölkəsinin inqilabdan ötən 34 ildə keçdiyi inkişaf yolundan danışmış, bu illərdə müxtəlif sahələrdə böyük uğurlar əldə olunduğunu vurğulamışdır. Bildirilmişdir ki, İran Azərbaycanın dövlət müstəqilliyini tanıyan ilk ölkələrdən biridir. Ölkələrimiz arasında qədim tarixi köklərə əsaslanan dostluq münasibətləri mövcuddur.

M.Pakayin İran və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə uğurla inkişaf etdiyini vurğulamış, hər iki ölkənin gələcəyə doğru inamla addımladığını qeyd etmişdir.

İqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov əlamətdar gün münasibətilə İran xalqını Prezident İlham Əliyevin adından təbrik etmiş, dövlətimizin başçısının salamlarını və ən xoş arzularını çatdırmışdır.

Azərbaycan və İran arasında münasibətlərin uğurla inkişaf etdiyini diqqətə çatdıran N.Səfərov dövlət başçılarının qarşılıqlı səfərlərinin və imzalanan sənədlərin bu əlaqələrin genişlənməsinə töhfəsini verdiyini qeyd etmişdir. Bildirilmişdir ki, ikitərəfli əlaqələrin mühüm istiqamətlərindən biri də iqtisadi əməkdaşlıqdır. Bu baxımdan 1992-ci ildə yaranan Azərbaycan-İran hökumətlərarası komissiyanın fəaliyyəti yüksək qiymətləndirilməlidir.

Nazir müavini birgə səylər nəticəsində iki ölkə arasında əlaqələrin bundan sonra da dinamik inkişaf edəcəyinə əminliyini ifadə etmişdir.

Qəbulda dövlət və hökumət rəsmiləri, Milli Məclisin deputatları, xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirləri və ictimaiyyətin nümayəndələri iştirak etmişlər.

 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında