Heydər Əliyev Fondu Macarıstan hökuməti ilə birgə layihələr reallaşdıracaqdır

 

 

Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora ilə görüşündə bu barədə müzakirələr aparılmışdır

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva fevralın 11-də Macarıstanın ölkəmizdəki səfiri Jolt Çutora ilə görüşmüşdür.

Əlaqələrimizin dostluq münasibətlərinə əsaslandığını deyən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iki ölkə arasında bütün sahələrdə əməkdaşlığın inkişafı üçün böyük perspektivlərin olduğunu demişdir. Heydər Əliyev Fondunun da bu baxımdan fəaliyyətini qeyd edən Mehriban xanım Əliyeva Macarıstan hökuməti ilə birgə layihələrin reallaşdırılması barədə danışıqların getdiyini qeyd etmişdir. Həmin layihələrdən birinə əsasən Macarıstanın paytaxtında fiziki qüsurlu insanlar üçün reabilitasiya mərkəzi inşa olunacaqdır.

Görüşdə Heydər Əliyev Fondunun xaricdə müxtəlif layihələr həyata keçirdiyi vurğulanmışdır. Belə layihələrdən birinin məhz Macarıstanda reallaşacağından məmnunluq ifadə edilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında