Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Fransa Respublikasının keçmiş baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşmüşdür

 

 

Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyeva fevralın 11-də Fransa Respublikasının keçmiş Baş naziri və ticarət məsələləri üzrə vəkili Dominik de Villpen ilə görüşmüşdür.

Mehriban xanım Əliyeva Dominik de Villpen ilə Parisdəki görüşünü məmnunluqla xatırlamışdır. Ölkələrimiz arasında gözəl əlaqələrin olduğunu deyən Mehriban xanım Əliyeva Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılmasının məhz fransız şirkətinin dəstəyi ilə reallaşmasını buna bariz nümunə kimi göstərmişdir. O, Fransanın köməyi ilə bu proqramın gələcəkdə də davam edəcəyinə ümidvar olduğunu bildirmişdir.

“Biz Heydər Əliyev Fondu olaraq humanitar, mədəniyyət, təhsil sahələrində də əməkdaşlıq edirik. Heydər Əliyev Fondu Azərbaycan həqiqətlərinin Fransada tanınmasını istəyir və biz bu istiqamətdə geniş fəaliyyət göstəririk. Artıq bir ildir ki, fond Fransada Azərbaycan mədəniyyətini təbliğ edən iri layihə həyata keçirir. Bu layihə çərçivəsində tədbirlər bütün Fransanı əhatə edir” - deyə Mehriban xanım Əliyeva vurğulamışdır. Azərbaycanın birinci xanımı bu tədbirlərin maraqla qarşılandığını, Fransa mətbuatında Azərbaycan barədə müsbət yazıların sayının artdığını xüsusilə qeyd etmişdir.

Təhsil sahəsində əməkdaşlığa da toxunan Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun təşəbbüsü ilə Bakıda Fransız məktəbinin inşa olunduğunu demişdir.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Dominik de Villpenin səfərinin uğurlu olacağına əminliyini ifadə etmişdir.

Dominik de Villpen xoş sözlərə görə Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya təşəkkürünü bildirmiş, Azərbaycana səfərindən böyük məmnunluq duyduğunu demişdir. O, Azərbaycanı qazandığı uğurlar münasibətilə bir daha təbrik etmiş, birinci Avropa Oyunlarının məhz Bakıda keçirilməsini ölkənin artan nüfuzunun bariz göstəricisi adlandırmışdır. Fransalı qonaq bu oyunların keçirilməsi ilə əlaqədar yaradılmış təşkilat komitəsinə rəhbərlik edən Mehriban xanım Əliyevaya uğurlar arzulamışdır. 

Sonda xatirə şəkli çəkdirilmişdir.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında