Almaniya Bundestaqının deputatı Florian HAN: “Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalıdır”

 

 

 Xocalı aeroportunu yenidən istifadəyə vermək cəhdləri əks effekt yaradacaq

Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian Sosialistlər İttifaqı partiyaları fraksiyasından deputat, Müdafiə komitəsinin üzvü Florian Han Ermənistanın işğal etdiyi Dağlıq Qarabağdakı Xocalı aeroportunu işə salmaq planlarına münasibət bildirmişdir.

APA-nın xəbərinə görə, Avropa Azərbaycan Cəmiyyətinin bununla bağlı sualını cavablandıran F.Han qeyd etmişdir ki, BMT öz qətnamələrində Dağlıq Qarabağın statusuna aydınlıq gətirmişdir: “İşğal beynəlxalq hüquqa ziddir və dərhal dayandırılmalıdır. Yalnız işğala son qoymaqla iki ölkə arasında sülhə nail olmaq olar. Sülh prosesinə mane olmaq üçün edilən bütün təxribatlardan qaçmaq lazımdır. Lakin Xocalı aeroportunun yenidən açılışı və ya buna istiqamətlənmiş cəhdlər əks effekt yaradacaq. Bütün şərtlərə görə Azərbaycanın hava məkanının bütövlüyü təmin edilməlidir”.

Almaniyalı deputat bildirmişdir ki, ərazi bütövlüyü hər bir dövlət üçün əsas prinsipdir: “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir, bu, BMT Təhlükəsizlik Şurasının bütün qətnamələrində bəyan edilib. Ona görə də Ermənistan Azərbaycan torpaqlarının işğalına son qoymalı və azərbaycanlı məcburi köçkünlərin öz evlərinə qayıtmasına imkan yaratmalıdır”.

Azərbaycan və Almaniyanın tərəfdaş dövlətlər olduğunu vurğulayan F.Han demişdir ki, Azərbaycan regiondakı sabitlikdə vacib rol oynayır: “Bu mənada Dağlıq Qarabağ münaqişəsinin həlli ən vacib məsələdir. Almaniya sülhə nail olmaq üçün bu məsələ ilə məşğul olur. Biz BMT və ATƏT çərçivəsində əməkdaşlığımıza xüsusilə etibar edirik”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında