Azərbaycanın iş adamları ilə görüş

 

 

Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycana rəsmi səfəri çərçivəsində fevralın 9-da Bakıda yerli iş adamları ilə görüşmüşdür.

İqtisadi İnkişaf Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə keçirilən tədbirdə rəsmi şəxslər, Azərbaycanın kənd təsərrüfatı, qida sənayesi, tikinti, turizm, informasiya və kommunikasiya texnologiyaları, maliyyə, logistika və digər sahələrdə fəaliyyət göstərən 50-yə yaxın iş adamı iştirak etmişdir.

Görüşdə çıxış edən iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirmişdir ki, Azərbaycan ilə Serbiya arasında siyasi əlaqələrin yüksək səviyyədə olması ikitərəfli iqtisadi əməkdaşlığın inkişafına da təkan verir. Bildirilmişdir ki, ölkələrimiz arasında iqtisadi sahədə əlaqələrin genişləndirilməsi üçün böyük potensial vardır.

Nazir demişdir ki, Azərbaycanın iqtisadi inkişafı nəticəsində investisiya imkanlarına dair təqdimatların, biznes forumların və işgüzar görüşlərin keçirilməsi ticari-iqtisadi əlaqələrin genişlənməsinə mühüm töhfə verir. Biznes təşəbbüslərinin stimullaşdırılması baxımından bugünkü görüşün yeni əməkdaşlıq imkanlarının yaranmasına, mövcud əlaqələrin genişlənməsinə müsbət təsir göstərəcəyini söyləyən Şahin Mustafayev iş adamlarını fəal əməkdaşlığa dəvət etmişdir.

Serbiya Prezidenti Tomislav Nikoliç Azərbaycana rəsmi səfəri çərçivəsində keçirdiyi məhsuldar görüşlərin əhəmiyyətini qeyd etmiş, ölkəmizin dinamik iqtisadi inkişafından məmnunluğunu bildirmişdir. 

Serbiyanın Azərbaycan ilə əlaqələrin inkişafına xüsusi önəm verdiyini deyən Prezident Tomislav Nikoliç ölkələrimiz arasında iqtisadi əlaqələrin möhkəmləndiyini bildirmiş, azərbaycanlı və serbiyalı iş adamlarının əməkdaşlığının genişləndirilməsinin əhəmiyyətini vurğulamışdır.

Prezident Tomislav Nikoliç bildirmişdir ki, Azərbaycan ilə Serbiya arasında bağlanmış iqtisadi və texnoloji sahədə əməkdaşlıq haqqında müqavilə əlaqələrimizin dərinləşməsinə şərait yaratmışdır. Bildirilmişdir ki, bu müqavilənin ilk məhsulu olaraq artıq Serbiyada Azərbaycan tərəfinin krediti hesabına infrastruktur layihəsinin reallaşdırılmasına başlanmışdır.

Serbiyanın dövlət başçısı vurğulamışdır ki, ölkəsi sərmayədarlar üçün bir sıra üstün cəhətləri ilə seçilir. Buraya yüksək ixtisaslı işçi qüvvəsini, ölkənin əlverişli coğrafi mövqeyini, mövcud qanunvericilik sistemini aid etmək olar.

Prezident Tomislav Nikoliç Azərbaycan sahibkarlarını Serbiyada turizm, kənd təsərrüfatı, energetika və infrastruktur sahələrinə investisiya yatırmağa dəvət etmişdir.

 Serbiya Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Predraq Mikiç ölkəsinin iqtisadiyyatı, əlverişli biznes və investisiya mühiti, həyata keçirilən layihələr barədə məlumat vermişdir. O, Azərbaycan şirkətlərini Serbiyanın azad iqtisadi zonalarında fəaliyyətə, kömür hasilatı və enerji istehsalı ilə bağlı layihələrdə əməkdaşlığa dəvət etmişdir.

Sonda suallar cavablandırılmışdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında