Milli Məclisdə görüşdə Azərbaycan ilə Serbiya arasında əlaqələrin inkişaf perspektivlərindən danışılmışdır

 

 

Azərbaycana rəsmi səfəri çərçivəsində Serbiya Prezidenti Tomislav Nikoliç fevralın 8-də Milli Məclisdə olmuşdur. Serbiya Prezidenti Tomislav Nikoliç əvvəlcə parlamentin iclas zalları ilə tanış olmuş, deputatların normal fəaliyyəti üçün yaradılmış şərait, burada müasir texnologiyaların tətbiqi, qanun yaradıcılığı prosesi ilə maraqlanmışdır.

Sonra ali qonaq parlamentdəki Heydər Əliyev Xatirə zalına baxmışdır. Serbiya Prezidentinə parlamentin formalaşmasında, beynəlxalq əlaqələrinin qurulmasında ulu öndərin misilsiz xidmətləri, qəbul edilən mühüm sənədlər barədə məlumat verilmişdir.

Serbiya Prezidenti xatirə kitabına ürək sözlərini yazmışdır.

Sonra Serbiya Prezidenti Tomislav Nikoliç Milli Məclisin sədri Oqtay Əsədovla görüşmüşdür.

Oqtay Əsədov ölkələrimiz arasındakı dostluq  münasibətlərindən danışmış, qarşılıqlı səfərlərin əhəmiyyətini vurğulamışdır. Azərbaycan ilə Serbiya arasında əlaqələrin yüksək səviyyəyə çatmasında dövlətlərimizin başçılarının rolunu xüsusi qeyd edən O.Əsədov demişdir ki, qarşılıqlı səfərlər və keçirilən görüşlər zamanı aparılan danışıqlar, imzalanmış çoxsaylı sənədlər münasibətlərimizin müxtəlif sahələrdə inkişafı üçün geniş imkanlar açmış, möhkəm hüquqi baza yaratmışdır. İqtisadi sahədə əməkdaşlığımız hələlik istənilən yüksək səviyyədə olmasa da, ümid edirik ki, yeni yaradılmış iqtisadi komissiya bu sahənin də inkişafında mühüm rol oynayacaqdır. 

Milli Məclisin sədri dövlətlərarası əlaqələrin inkişafında parlamentlərin rolunu vurğulamış, deputatlarımızın beynəlxalq təşkilatlardakı birgə əməkdaşlığını yüksək qiymətləndirmişdir. O.Əsədov Ermənistanın işğalçılıq siyasəti nəticəsində yaranmış Dağlıq Qarabağ münaqişəsi barədə ali qonağa ətraflı məlumat vermiş, problemin ədalətli həlli ilə bağlı rəsmi Bakının mövqeyini diqqətə çatdırmışdır.

Azərbaycana səfərindən məmnunluğunu bildirən Serbiya Prezidenti Tomislav Nikoliç ölkəmizlə bağlı xoş təəssüratlarını bölüşmüş, Bakıda keçirdiyi görüşlərin gələcək əməkdaşlığa yaxşı töhfə verəcəyinə ümidvar olduğunu bildirmişdir. Uzun müddət Serbiya parlamentinin deputatı olduğunu vurğulayan ali qonaq dövlətlərarası əməkdaşlığın inkişafında qanunverici orqanların rolunu xüsusi qeyd etmişdir.

Sonda Serbiya Prezidenti Azərbaycan parlamentinə gələcək fəaliyyətində uğurlar arzulamışdır. 

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında