Azərbaycanın müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür

İyulun 5-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşmüşdür.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, nazir S.Əbiyev qeyd etmişdir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün əvvəlcə Ermənistan işğalçı qüvvələrini Azərbaycan torpaqlarından geri çəkməlidir. Bir sıra beynəlxalq təşkilatların qərar və qətnamələrinin də bunu tələb etdiyini xatırladan nazir münaqişənin digər həlli yolunun regionda ağır problemlər yaradacağını vurğulamışdır.
S.Əbiyev təcavüzkarın işğalçı siyasətini dayandırması üçün həmsədr ölkələrin daha təsirli tədbirlər görməsinin vacibliyini diqqətə çatdırmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında