SAM direktoru: “KTMT Özbəkistan kimi böyük dövləti itirdiyinə görə əsas diqqəti kiçik Ermənistana yönəltməyə məcbur qalıb”

 

 

“Azərbaycan heç vaxt iki ölkə arasında olan münasibətlərə mövqeyini bildirmir. Biz yalnız bizim ölkənin milli maraqlarına toxunan münasibətlərlə bağlı fikrimizi söyləyirik. Bizi narahat edən əsas məsələ Ermənistan kimi işğalçı ölkənin dolayı yollarla dəstəklənməsi və silahlandırılmasıdır”.

APA-nın məlumatına görə, Azərbaycan Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin direktoru Fərhad Məmmədov Rusiya səfiri Vladimir Doroxinin Ermənistana silah satışı ilə bağlı son açıqlamasını belə şərh etmişdir.

SAM direktoru qeyd etmişdir ki, Avropa Birliyinin Ermənistana 1 milyard dollar kredit ayırması və bu pulların Dağlıq Qarabağ münaqişəsinin həllində işğalçı siyasətindən geri çəkilmək şərti olmadan verilməsi Ermənistanın bu siyasəti davam etdirməsinə rəvac verir: “Hər iki tərəfi Ermənistana istənilən formada dəstək verməkdən çəkinməyə çağırırıq. Digər tərəfdən biz KTMT-nin Ermənistanda fəallaşmasını görürük. Mərkəzi Asiyada Özbəkistan kimi ikinci ən böyük dövləti itirməsi  KTMT-ni əsas diqqətini kiçik Ermənistana yönəltməyə məcbur etdi. Bu gün təşkilatın əsas fəaliyyəti, onun baş katibinin bəyanatlarının böyük əksəriyyəti Qafqaz regionu və Ermənistanla bağlıdır. Bu istiqamətdə atılan addımlar, Ermənistanda KTMT Hərbi Akademiyasının açılması, hərbi təlimlərin keçirilməsi, Rusiya və təşkilat üçün KTMT-nin nizamnaməsində göstərilən təhdidlərin olmadığı bu kiçik məkanda bu qədər fəallıq göstərilməsinin səbəbi bizə aydın deyil”.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında