Niderland Krallığı Azərbaycanın Cənubi Qafqazdakı mövqeyini yüksək dəyərləndirir və Dağlıq Qarabağ məsələsində rəsmi Bakının siyasətini dəstəkləyir

İyulun 5-də Milli Məclis sədrinin birinci müavini, təhlükəsizlik və müdafiə komitəsinin sədri Ziyafət Əsgərov ölkəmizdə səfərdə olan Niderland Krallığı parlamentinin üzvləri ilə görüşmüşdür.
Ziyafət Əsgərov demişdir ki, Azərbaycan ilə Niderland arasında münasibətlərin inkişafı üçün belə səfərlərin böyük əhəmiyyəti vardır. İnanırıq ki, Niderland Krallığı parlamentinin deputatlarının bu səfəri münasibətlərimizin inkişafına təkan verəcəkdir.
Ölkəmizin demokratik dəyərlərə böyük önəm verdiyini qeyd edən Z.Əsgərov Milli Məclisin fəaliyyəti, ölkəmizdə həyata keçirilən islahatlar, vətəndaş cəmiyyətinin inkişafı, eləcə də bu inkişafa ciddi maneə olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Azərbaycanın 20 faiz torpağı hələ də erməni silahlı qüvvələrinin işğalı altındadır, 1 milyondan artıq vətəndaş öz doğma yurd-yuvasından didərgin düşmüşdür. Ermənistan isə problemin sülh yolu ilə həlli istiqamətində atılan addımlara etinasız yanaşır. BMT Təhlükəsizlik Şurasının, BMT Baş Məclisinin, Avropa İttifaqının, Avropa Şurasının və digər beynəlxalq təşkilatların qəbul etdiyi bütün qətnamə və qərarlara məhəl qoymur. Azərbaycan öz torpaqlarını hərbi yolla azad etmək iqtidarında olsa da, məsələnin beynəlxalq hüququn norma və prinsiplərinə uyğun şəkildə, ədalətli həllinə tərəfdardır.
Niderland Krallığı parlamentinin deputatı Henk Jan Ormel səmimi görüşə və ətraflı məlumata görə təşəkkür etmişdir. Qonaq Niderland Krallığının Azərbaycanın Cənubi Qafqazdakı geostrateji mövqeyini yüksək dəyərləndirmiş və demişdir ki, Niderland Dağlıq Qarabağ məsələsində Azərbaycanın ədalətli siyasətini dəstəkləyir.
Henk Jan Ormel bildirmişdir ki, bu səfər onlara Azərbaycan ilə hərtərəfli tanışlıq üçün geniş imkanlar açmışdır. Azərbaycandakı sürətli iqtisadi inkişafdan məmnun qaldıqlarını bildirən qonaq qeyd etmişdir ki, Niderland böyük demokratiya tarixinə malik olsa da, Azərbaycandan öyrənməli çox şey vardır.
Sonra görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər barədə fikir mübadiləsi aparılmışdır.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında