İqor Muradyan: “Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır”

 

 

Azərbaycan ictimaiyyəti radikal müxalifətin bəd əməlləri ilə kifayət qədər yaxşı tanışdır. Bu düşərgənin xəstə təfəkkürlü mənsubları hakimiyyət hərisliyi ucbatından vətənə, xalqa xəyanətdən belə çəkinməyiblər. Əli Kərimlinin təmsilçisi Ruslan Bəşirlinin Tbilisidə ermənilərlə görüşüb Azərbaycan müxalifəti adından əməkdaşlıq təklif etməsi, İsa Qəmbərin Ermənistandakı siyasi partiyalarla əlaqələr yaratması təkzibolunmaz faktlardır.

Bir sözlə, radikal müxalifət hakimiyyəti ələ keçirmək naminə Azərbaycanın düşmənləri ilə hərtərəfli əməkdaşlığa hazırdır. Ancaq ölkə ictimaiyyəti radikalları yaxşı tanıdığından nə bunların yaratdıqları partiyalara, nə də qondarma hərəkatlara yaxın gedən var. Odur ki, hər dəfə parlament və ya prezident seçkiləri yaxınlaşanda qaçılmaz məğlubiyyətlərini irəlicədən ört-basdır etmək məqsədilə seçkilərin saxtalaşdırılacağından dəm vururlar.

Sosial bazası olmayan müxalifət namizədlərinin səs almayacağını bildikləri üçün bəzən blef edirlər: Rəsul Quliyev gəlir ha! Hakimiyyəti mütləq ələ alacağıq! Guya, bu xalq vaxtilə ölkənin sərvətlərini talayıb aradan çıxmış Rəsul Quliyevin kim olduğunu bilmir. Yeri gəlmişkən, bu günlərdə Ermənistanın kütləvi informasiya vasitələrində Rəsul Quliyevin kimliyinə aydınlıq gətirən, bəzi mətləblərə işıq salan bir sıra materiallar dərc olunmuşdur. Həmin materiallardan birində deyilir ki, Ermənistanın Milli Təhlükəsizlik Partiyasının sədri, vaxtilə Azərbaycanda yaşamış və Dağlıq Qarabağda ermənilərin “Qarabağ” komitəsinin ilk rəhbəri olan İqor Muradyan Açıq Cəmiyyət Partiyasının hazırda ABŞ-da yaşayan lideri Rəsul Quliyevlə görüşmüşdür.

 Ermənistanın Lragir.am saytı xəbər verir ki,  İqor Muradyan Rəsul Quliyevlə görüşünün təfərrüatını belə açıqlamışdır: “Tanınmış Azərbaycan müxalifətçisi Rəsul Quliyevlə görüşümü xatırlayıram. Rəsul Quliyev Azərbaycan parlamentinin eks-spikeri, siyasi mühacir, legitim milyoner və Azərbaycanda bir çox müxalifət partiyalarını maliyyələşdirən şəxsdir. Görüş Vaşinqtonda, Con Hopkins Universitetinin Mərkəzi Asiya və Qafqaz İnstitutunda baş tutdu və onu həmin vaxt institutun direktoru vəzifəsində çalışan Çarlz Farbenks təşkil etmişdi. Bizə məlum idi ki, Rəsul Quliyev ABŞ-ın erməni təşkilatları ilə əlaqələr axtarır. Bu dəfə o, həmin təşkilatlardan biri ilə görüşmək üçün Nyu-Yorkdan gəlmişdi”.

 İqor Muradyan bildirir ki, R. Quliyev ondan Azərbaycan hakimiyyəti və Heydər Əliyev haqqında rəyini soruşub. Sorğuya  Muradyan öz ölkəsinin siyasətinə uyğun cavab verib. Görüşü xatırlayan Muradyan deyir: “Rəsul Quliyev mənim cavabımdan həyəcanlandı və xahiş etdi ki, dediklərimi başqa yerlərdə yaymayım, çünki özü bu fikirlərdən yararlanmaq istəyirdi. O, mənə dedi ki, mənim dediklərim həmişə onun da düşüncəsi olub, ancaq belə lakonik formada ifadə edə bilməyib. Bilmirəm, o, bu tezisləri yaydı, yoxsa yox”.

 Zənnimizcə, hər dəfə seçkiöncəsi fəallaşan, demokratiya, Vətən, xalq haqqında bəlağətli nitqlər söyləyən Rəsul Quliyevin kimliyini şərh etməyə artıq ehtiyac qalmadı.

 

“Xalq qəzeti”


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında