Bakıda “Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi” çərçivəsində Yüksək Vəzifəli Şəxslərin görüşü keçirilmişdir

 

 

Fevralın 6-da Bakıda “Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi” çərçivəsində Yüksək Vəzifəli Şəxslərin görüşü keçirilmişdir.

AzərTAc xəbər verir ki, tədbiri açan xarici işlər nazirinin müavini Araz Əzimov bu görüşün aprelin 26-da Almatıda nazirlər səviyyəsində keçiriləcək iclasa hazırlıq olduğunu bildirmişdir. Qeyd edilmişdir ki, bu tədbirdə hazırlanacaq bəyannamə Almatıdakı iclasda qəbul olunacaqdır.

Əfqanıstanın xarici işlər nazirinin müavini Caved Ludin “İstanbul prosesi”nin ölkəsi üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulamışdır. O demişdir: “Azərbaycan ”İstanbul prosesi"nin fəal iştirakçılarından biridir və bugünkü tədbir bunun əyani sübutudur.

Görüşün məhz Bakıda keçirilməsi Azərbaycanın bu istiqamətdəki fəaliyyətinin bariz nümunəsidir”.

Əfqanıstan ilə Azərbaycan arasında münasibətlərdən danışan Caved Ludin qeyd etmişdir ki, bir neçə ay bundan əvvəl ölkəsinin Bakıda səfirliyinin açılması əlaqələrimizin sürətlə inkişafına təkan verəcəkdir.

Sonra məruzələr dinlənilmiş və mövzu ilə bağlı fikir mübadiləsi aparılmışdır.

Qeyd edək ki, “Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi” Əfqanıstanın birbaşa və regional qonşularından ibarət və şərti olaraq “Asiyanın qəlbi” adlanan bölgədə yerləşən 15 dövlətin təşkil etdiyi siyasi prosesdir. ABŞ, Böyük Britaniya, Yaponiya və digər dövlətlər, eləcə də BMT, NATO, ATƏT kimi beynəlxalq təşkilatlar bu prosesdə dəstəkçi qismində çıxış edirlər.

“Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi”nin əsas məqsədi Əfqanıstanda sülhün, sabitliyin və inkişafın təmin edilməsində regional ölçüdən yararlanmaqdır. Azərbaycan isə regionda əməkdaşlığın inkişaf etdirilməsində, sabitliyin və inkişafın təmin olunmasında vacib rola malik ölkə kimi “Asiyanın qəlbində regional əməkdaşlıq üçün yeni gündəlik: İstanbul prosesi”nin tamhüquqlu üzvüdür. 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında