Almaniyalı deputat: Ermənistan Xocalı aeroportunu açarsa, Dağlıq Qarabağ probleminin sülh yolu ilə həllinə maneə törədəcək

 

Almaniya beynəlxalq hüquqda icbari təsiri olan Birləşmiş Millətlər Təşkilatının qətnamələrini dəstəkləyir. Bu qətnamələrə əsasən Dağlıq Qarabağ Azərbaycanın tərkib hissəsidir.

“Trend”in məlumatına görə, bunu Almaniya Bundestaqının Xristian Demokrat İttifaqı/Xristian-Sosialistlər İttifaqı partiyalarının fraksiyasından deputat, Hüquq komitəsinin üzvü Olav Gutting Ermənistanın Xocalı aeroportu barədə planlarına dair suala münasibət bildirərkən demişdir. Bu barədə Avropa Azərbaycan Cəmiyyəti məlumat yaymışdır.

Olav Guttingin sözlərinə görə, uzun müddətdir ki, Azərbaycanın ərazi bütövlüyünün bərpası beynəlxalq ictimaiyyət tərəfindən tələb edilir. Qaçqınların öz vətənlərinə qayıtmaq hüququ vardır. Lakin Ermənistan işğal edilmiş ərazilərdə olduğu müddətdə bu hüquq pozulmuşdur.

Deputat demişdir ki, Almaniya və Azərbaycan arasında siyasət, iqtisadiyyat və sosial sahələrdə sıx əməkdaşlıq mövcuddur:“Buna görə, biz Dağlıq Qarabağın gələcəyi ilə bağlı Azərbaycanın narahatçılığını bölüşürük. Ermənistan bu kontekstdə sülhün əldə olunması əleyhinə tədbirlər görüb. Nümunələrdən biri, ötən il keçirilmiş və Avropa Birliyi tərəfindən tanınmayan “prezident seçkiləri” olmuşdur. Hazırda Ertmənistan Azərbaycanın işğal altındakı ərazisində olan Xocalı aeroportunun yenidən açılmasını planlaşdırır. Ermənistan bu addımı ilə Dağlıq Qarabağın “tanınmasına dair” “faktlar” yaratmağa çalışır. Bu, iki ölkə arasında sülhün  əldə edilməsinə yardım etməyəcəkdir”.

Olav Guttinqin sözlərinə görə, Almaniya Birləşmiş Millətlər Təşkilatının, Avropa Birliyinin və ATƏT-in Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllində cəhdlərini hər zaman dəstəkləyib və bu istiqamətdə cəhdlərini davam etdirəcəkdir..


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında