ATƏT Parlament Assambleyasının XIX illik sessiyası öz işinə başlamışdır

İyulun 5-də Norveçin Oslo şəhərində ATƏT Parlament Assambleyasının XIX illik sessiyası işə başlamışdır.
Milli Məclisdən bildirmişlər ki, tədbirdə Milli Məclis sədrinin müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradovanın başçılığı ilə parlament nümayəndə heyəti iştirak edir.
Sessiyada "Qanunun aliliyi: Transmilli cinayətkarlıq və korrupsiya ilə mübarizə" mövzusu ətrafında müzakirələr aparılacaq, ATƏT PA-nın sədri Joao Soareşin, Baş katib Spenser Oliverin məruzələri dinləniləcək, quruma üzv dövlətlər arasında bu sahədə əməkdaşlıq məsələləri müzakirə olunacaqdır. Deputatlarımız müzakirə edilən məsələlərə münasibət bildirəcəklər.
Səfər zamanı deputatlarımız ATƏT PA-nın siyasi məsələlər və təhlükəsizlik, demokratiya, insan hüquqları və humanitar məsələlər, elm, texnologiya və ətraf mühit daimi komitələrinin iclaslarında da iştirak edəcəklər.
Tədbir çərçivəsində qurumun rəhbər orqanlarına seçkilərlə əlaqədar təşkilati məsələlərə də baxılacaqdır.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında